SON DƏQİQƏ

Dost itkisi ağır olur- FOTO

Tarix:28-12-2023, 08:49

Səhər tezdən telefonu açan kimi  ilk gördüyüm xəbər məni sarsıtdı. Ramiz Hümbətov  dünyasını dəyişdi..
Mənim üçün çox ağır xəbər oldu. Çox üzüldüm. Ürəyindən bir neçə dəfə  əməliyyat olunmuşdu, tez - tez deyirdim özündən muğayat ol. Hər otağına gələndə əlində nə işi olursa olsun, dayanır, "xoş gəlmisən, nə var, nə yox? " - deyib hal - əhval tutandan sonra. Çayı dəmləmişəm, hazırdı, süz iç və qəzetə başlayaq- deyirdi. 



Ramiz Hümbətov komputer mərkəzinin rəhbəri idi. Həm də "Həkəri" qəzetinin dizayneri idi.
Ramiz müəllim çox savadlı, bilikli insan idi. Nəşriyyatda ilk kompüter mərkəzi yaradanlardandır. Elə qəzet, elə jurnal yox idi ki onun komputer mərkəzində çıxmasın... Kitabları da eləcə...  Nə qədər gəncə  iş verdi, peşə öyrətdi.... Hər zaman yanı dolu olardı, yeyib - içməyindən qalmazdı... Çörək verən , çörəkli  kişiydi...Tikəsini tək yeməzdi, dostları ilə bölərdi... Cibində beş manatı olsaydı, kiminsə ehtiyacı vardısa ona verərdi.. Çox mehriban, əliaçıq....dostcanlı..
Tovuzun Qaraxanlı kəndindən idi. Klassiklərimizin şeirlərini  əzbərdən söyləyərdi. Allah sənə rəhmət eləsin, Ramiz müəllim.
Deyirdin ki, təqaüdə çıxanda dincəlirəm, müalicə də olunaram. Gecə gündüz komputer arxasında işlədin. Heç təqaüd yaşına da çatmadın qardaşım!    Yerin hər zaman görünəcək. Ruhun şad olsun.
Oğlunun toyunu görməsən də qızını  heç olmasa köçürtdün, iki gözəl nəvən oldu.


 
Nəvənin kiçik  toyuna dostları da çağırdın. Elə bil ölümünü hiss edirdin. Mənə dedin ki, mən bir də toy etməyəcəyəm Siz dostları yığıram ki, dostlardan  bir xatirə qalsın. Hər birimizə məclisdə söz verdin şeir söylədik.
Ramiz, sən necə gözəl çıxış etdin. Hər birimizə təşəkkür etdin. Dostlarınla nəfəs alırdın. Xatirə şəkilləri çəkdirdik. 



Ruhun şad olsun əziz dost, gözəl insan, ağır taxtası kişi. Acı xəbəri eşidən kimi tələbə dostun Etibar Poladlıya zəng etdim. "Tovuza gətirdik, kəndində dəfn edirik"- deyərək kövrəldiyini hiss edib susdum. Nə ağır olurmuş dostun itkisi!
Yazımı kövrək notlarla başa vurmaq istəyirdim ki, dostlar bildirdi ki, 30 Yanvar 2023 cü ildə Bakının Gənclik metrosu yaxınlığındakı Lüks mərasim zalında məclis olacaq.
Qəlbimdən bir beyt keçdi; 

Yığışardıq biz yubiley  yaşına,
İndi necə gələk sənin yasına?
Heç kəsə xəbər vermədən həyatdan köçkün
Ramiz! Ruhun şad, məkanın  cənnət olsun.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ