SON DƏQİQƏ

Gülxas Səmədli də köçdü dünyadan ,

Tarix:28-12-2023, 09:06

Gülxas Səmədli də köçdü dünyadan ,Bizə əl eylədi gizli royadan.
R.İlyasoğlu 


Dekabrın 27 də Azərbaycan Nəşriyyatına daxil olarkən löhfədə  Gülxas Səmədlinin şəklini görəndə və ölüm xəbərini eşidəndə çox sarsıldım .
"Müstəqil Respublika" qəzetinin təsisçisi və baş redaktoru Gülxas Səmədli ondan çox şeirlər, hekayə və povestlərin müəllifi idi. AJB- nin və AJ B - nin üzvü olsa da bu qurumlar  onunla bir dəfə də maraqlanmadı. Məşhur bir göz həkimi Gülxas xanımın gözünə baxarkən bir iynə vurmuşdu.Hansıki yas yerində çox  ağlayan  Gülxas Səmədlinin bir gözü  azca tor  görürmüş .Gülxas xanım göz həkiminə gəlir . Həmin iynədən sonra Gülxasın bir gözü tutulur.27 dəfə həkimə zəng edir.Həkim telefonu açmır.Bunu eşidəndə bir şeir yazmışdım;

Gülxasın gözünü eyləmisən kor,
Sənə ad qoyublar niyə qəlbi Qor!
İnsan ol, insanla bir cərgədə dür!
Xeyirxah əməllə ömrü başa vur,

Demə yoxmuş sənin nə mərhəmətin,
Nə eldə hörmətin, nə məhəbbətin.
Əsiri olmusan pulun , sərvətin,
Bəd olsan xəcalət çəkər külfətin? 

Şeir qəzetdə çap olunduqdan sonra göz həkimi əl ayağa düşmüşdü...
Gülxas Səmədli ağır qəza keçirmişdi.İzun illər müalicə olunsa da hər ay qəzeti çıxardırdı.Qəzetin hər sayında şeirlərim və yazılarım təmənnasız dərc olunurdu.
Böyrəkləri heç sözünə baxmırdı. 10 ilə yaxın idi ki, dialez xəstəsi idi.Bu cür ağır vəziyyətdə də həftənin tək günləri işə gələr, cüt günləri isə dialezə gedərdi.Hər dəfə xəstəxanaya gedəndə ölüb dirilərdi. Bir neçə cildlik əlyazmaları yığılıb qalmışdı.İmkanlaşdırıb çap etdirə bilmirdi.Çünki həm Nəşriyyatda kirayələdiyi otaq pulun ödəyirdi, həm də  qəzetin çap pulunu.1 ci qrup əlil olsa da imtiyazlardan istifadə edə bilmirdi.Azərbaycan Yazıçılar Birliyinə  müraciət etmişdim ki, uzun illər bu qrumun üzvü olan cəfakeş qələm sahibinə də Prezident təqaüdü verilsin.Yazıçılar Birliyindən qışda qar almağın mümkün olmadığını bilsəm də Rəşad Məcid də demişdim .Anara deyəcəyəm desə də görünür müdrik yazıçımızın başı özünə , ev bölgüsünə qarışdığından  Gülxas Səmədli aylar keçsə də  yada düşmədi.
Hansıki Prezident təqaüdü verilsəydi.Gülxas Səmədli kitablarını çap etdirərdi.
Ünvanlı yardım alan altı ayın tərk edir kimi Prezident təqaüdü alanlar da gərək aldığı bir illik təqaüdün yarısını tasa oturtmalıymış. Arzusuna çatmadı Gülxas Səmədli, Nə vaxt otağına getsəydik  kəklikotulu, mixəkli  ləzzətli çaya dəvət edərdi. Dekabrın sonunda ad günü ilə əlaqədar hər il bizi nəşriyyatdakı Neft Daşları qəzetinin geniş otağına yığardı.Raquf Kimsə, Nurəddin Oxçuoğlu.Nizami və bir çox dostları yığılardıq.şeir deyən kim, oxuyub şənlənən  kim. Gözəl xatirələr yadıma düşdükcə kövrəlirəm. Gülxas xanımın gözəl yol yoldaşları da var idi.Lerikə Bobogil ocağına getmişdik.Ocağın xidmətçilərindən olan Ağarəhim kişi bizi oğlunun toyuna dəvət etmişdi.Toy məclisinin basabəyi isə məni məsləhət bilmişdilər.Məclis başladı, xeyir dua verdim və bir necə şeir deyəndən sonra  musiqi sədaları altında  Gülxas Səmədliyə söz verdim .Gülxas Səmədli şeirləri ilə məclisə xoş ovqat bəxş elədi Bizi bir neçə gün qonaq saxladılar.Relaksa qalxdıq.Kabab çəkdik.Gülxas Səmədli ayağın soyunub göy çəmənlikdə oçaq qaladı .Quzu ətindən bir yekə mis qazanda şalapur bişirdi.Kabab yaddan çıxdı.Hamımız  bu ləzzətli yeməkdən təam etdik.
Gülxas Səmədli ilə Göyçayda Bağırda da qonaq olmuşuq.Xanlar müəllim görəsən dururmu?
2004 cü illər yadıma düşdü.Gülxas Səmədli sürücü ilə birlikdə Bərdəyə getdik.Əbülfət müəllim də bizimlə idi.Gecəni Gülxas Səmədlinin qızı gildə qaldıq.Qızı gözəl süfrə açmışdı.Gecəni sürücü ilə bir otaqda qaldıq.Səhər isə Ağdama Quzanlı kəndinə getdik.Atam İlyas Qəmginin məzarın ziyarət etdik.Qardaşım hərbiçi zabit bizi evə dəvət etdi.Rahilə xanım gözəl süfrə açmışdı.Vaqof tarda gözəl musiqi ifa etdi..Gülxasın qəlbi necə də kövrək idi.Həmişə məni görəndə anan qurban deyib boynumu qucaqlayardı. Gülxas Səmədli hamı ilə mehriban idi 
Gülxas Səmədli ilə şeir məclislərində iştirak edərdik.
Ona bir şeir həsr etmişdim;

Bir mina gərdənli gözəl  xanıma,
Yanan aşıq olsa sana neyləyim,
Şirin sözün məlhəm olar canıma
Qanan aşiq olsa cana neyləyim?

Sürətindən bəlli  qönçəli çağlar 
O güllü çiçəkdən alışan dağlar.
Səndən ayrı gəzən od tutub ağlar
Baxanlar zülfündən yana, neyləyim.

Atlaz geyinibsən dümağ bədənə,
Xüdam yaradıbdır səni bir dənə.
Könül vermə hərdən gəlib gedənə,
Şölə saçan camalına neyləyim..

İgidləri itirmişik davada,
Mətinləşdik o covğunlu havada 
Səni görüb qurmaq istər çağa da,
Qaymaq dodaq qosmət mana neyləyim.

Rauf deyər sənə sözün düzünü,
Rədd elə namərdlik  hər an yüzünü 
Gözəli seyr edib görsən üzünü,
Olmadı əhdinə yanan neyləyim,.
Can cana qovuşsa qanan, neyləyim.

Bu şeiri təzəcə yazmışdım ki, Gülxas Səmədli əl telefonuma zəng edərək dedi
- Rauf müəllim! Elə bildin sənin şeirinə çavab yaza bilmərəm?  Sənin şeirinə bir çavab yazmışam .
Gülxas Səmədli kişi kimi bir qadın idi.Onu da qeyd edim ki 27 yaşında həyat yoldaşını itirən bu məğrur ana iki qız və körpə oğlunu vətənpərvər ruhda böyümüşdü Nəvələri ilə qürur duyurdu.Min bir əziyyətə qatlaşıb çörək qazanırdı. Şeiri oxudum ləzzət verdi .
Hər ikimizin deyişməsi dillər əzbərinə çevrildi və məclislərdə hərdən bu şeiri də söyləyirəm.
Bərdədə kürəkəni zarafatla  Gülxas xanıma deyib ki ay Gülxas xanım, Rauf sənə məhəbbət şeiri yazıb..  Gülxas isə deyib; Dəli olma .Rauf  qardaşımızdır.
Həqiqətən də Gülxas Səmədli məni ana kimi əzizləyər və xətrimi çox istəyərdi.Onun kitabları haqqında qəzet və jurnallarda təhlili yazılar yazmışdım .Məni görəndə anan qurban deyən Gülxas Səmədlini tanıyan dostların hər birinin ona böyük hörməti var idi .Bir tikə çörəyimizi də tən bölərdik.
Avqus ayının 7 də qardaşım, şəhid atası Niyaz rəhmətə gedərkən Gülxas Səmədli qəzetində qardaşım haqqında ilk nekroloq yazmışdı . Doalez xəstəsi olduğu üçün gələ bilmədiyinə görə mənə dil ağız ermişdi..Bu insanın ürəyi necə də geniş idi. Bu həyat onsuzda vəfasızdır. Hər kəsə haqq dünyasına qovuşmaq növbəsi çatacaq.İnsan xeyirxah əməli ilə daha çox yadda qalır.Gülxas Səmədli də  qələm dostlarının qəlbində hər zaman xatırlanacaq .Yazdıqları kitablar isə onu əsrlərlə yaşadacaq.
Allah sənə rəhmət eləsin! 
Ruhun şad, məkanın cənnət olsun Gülxas Səmədli .
Övladlarına, nəvələrinə, doğmalarına səbr diləyirəm .

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ