SON DƏQİQƏ

Cənnətdən göndərilən hədiyyə

Tarix:31-12-2023, 01:15

Cənnətdən göndərilən hədiyyə. Hər bir kəs Yeni ildə şaxta babadan müxtəlif hədiyyələr istəyir. Dünən Elcan adlı balaca bir oğlanın videosunu gördüm. O, uşaq Vətən müharibəsində şəhid olmuş Qubad Əliyevin oğludur. Tədbirlərin birində əməkdar artist Mətanət İsgəndərli balaca Elcana deyir ki, sən şaxta babadan nə istəyirsən uşaq cavab verir ki, mən atamı istəyirəm. Bu videonu izləyən zaman gözlərim yaşardı. Dostum jurnalist Yeganə Telmanqızından xahiş etdim ki, şəhid övladları ilə bayramlaşan zaman o uşağıda görmək istəyirəm. Sağolsun o balaca oğlanı mənim üçün axtarıb tapdı məndə öz borcumu yerinə yetirdim. Şaxta baba qiyafəsində həmin uşağa atasından yəni cənnətdən göndərilən kiçik bir hədiyyəni verdim. Elcanla danışdığım zaman ona dedim ki, şaxta baba atanı sənə geri qaytara bilmir bağışla amma atanın adından sənə və qardaşına bir hədiyyə gətirmişəm.  
Mən həmin gün təkcə balaca Elcana deyil dostlarımla yanaşı bir neçə şəhid övladını sevindirdim. Dostlarımla imkanımız çatdığı qədər həmin uşaqlara hədiyyələr alıb onları ziyarət etdik bayramlarını təbrik etdik. Dostlarım  maddi cəhətdən zəngin olmasalar da könül və qəlb baxımından çox zəngin insanlardı (Tarix üzrə fəlsəfə doktoru professor İradə Əlili, şəhid Namiq Quliyevin atası Natiq Quliyev, Jurnalist Vüqar Şahin oğlu və Jurnalist, tele redaktor Yeganə Telmanqızı). Biz o uşaqlara cənnətdən atalarının onlar üçün göndərdiyi hədiyyələri verdik. Düzdür onların bu hədiyyələrə ehtiyacı olmasada onların diqqətə ehtiyacları var. Onlar bayramda sadəcə insanların onları yada salaraq ziyarət etmələrini onları diqqətdən kənar qoymamağı istəyirlər. Gəlin hamımız tarixi yazan oğullara olan borcumuzu onun ailələrini ziyarət edərək ödəyək.

Ənvər Məmmədov
Gənc aktyor




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ