SON DƏQİQƏ

Ən uca zirvələrdən gəlsin İlhamın səsi

Tarix:9-02-2024, 02:56

Ən uca zirvələrdən gəlsin İlhamın səsi
Tarixə qəhrəmantək  yazdı adın  komandan,
Bizə sevinc yaşatdın,  yaşa İlham Əliyev! 
Adın düşdü tarixə , ey xilaskar komandan!  
Sən də arzuna çatdın , yaşa İlham Əliyev! 

Sıldırım qayaları aşdı ordum qoşunla ,
Mübariz biləyi var hər igidin qolunda .
Düşmənləri susdurdun 
təmkinli  çıxışınla, 
Şəhidlər canın verdi vətənimin yolunda.

Xilaskar böyüyürdü gözümüzün önündə,
İnamı güclü idi atası Öndərin də .
Şuşam azad olundu ilin gözəl günündə ,
Xalqımız bayram etdi, Qala,  Cıdır düzündə .

Xəyalı gerçək etdin, Xanın doğma kəndində,
Xoşbəxt günlər yaşayır  bizim bu doğma nəsil.
Güclü tikinti gedir Suqovuşan bəndində,
Gözəlləşir Qarabağ dəyişdikcə  il, fəsil.

Tarixə qəhrəmantək yazdı adın  Komandan! 
Dəmir yümrüğü ilə kəsdi düşmən nəfəsin.
Əmrə sadiq dayanıb ordum sayıq o andan
Ən uca zirvələrdən gəlsin İlhamın  səsi.
Yayılsın hər tərəfə Qarabağ şikəstəsi.

Rauf İlyasoğlu 
24 dekabr 2023 - cü il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ