SON DƏQİQƏ

Gələn gedər bu dünyadan

Tarix:13-02-2024, 08:17

Gələn gedər bu dünyadan 
Allahın salamı olsun sizlərə,
A dostlar, cüməniz mübarək olsun. 
Rəbbimə yalvaraq dua eyləyək,
Qəlbimiz sevinlə, fərəhlə dolsun.

Allaha məxsusdur bütün kainat,
Canlı da, cansız da yaradanındır. 
İnsan göstərməsin, zülm, ya inad,
Hər kəs haqqa doğru bir sıradandır.  

Ağlaya - ağlaya doğulur insan,
Qaranlıq  dünyadan köçmək istəmir.
Böyüyür, həyatı  dərk edir  asan,
Bir anlıq  dünyadan köçmək istəmir.

Birimiz dünyasın  tərk edən zaman,
Doğmalar ağlayır, şivən qoparır.
Doğulanda nədən ağlayır insan?
Rəbbim dərgahına bizi  aparır.

İnsan bu dünyada rəhimli olsa,
O dünyada heç vaxt qəlbi sıxılmaz.
İnsan səxavətli, fəhimli olsa,
Cənnət körpüsündən heç vaxt yıxılmaz.

Hər kəs dönəcəkdir haqq dünyasına ,
Var-  dövlət hərisi olmasın insan,
Qulaq  as ananın sən  laylasına,  
Qazan el - obada şan - şöhrət, ad - san.

Bərzəx aləmindən bilməz hər  adam,
Rəbbimi dərk elə, ayıl röyadan.
Allahı danana düşmənəm, yadam ,
Rauf, gələn gedər  bir vaxt  dünyadan.

Rauf İlyasoğlu .
09  Fevral 2024 - cü il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ