SON DƏQİQƏ

Xatirəyə dönmüş anlar- FOTO

Tarix:23-03-2024, 01:13

15 il bundan qabaq mart ayının 19 - da Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzində 50 illik yubileyim və iki kitabımın( Xatirəyə dönmüş anlar və Qaragöl kitablarımın  təqdimat mərasimi keçirilmişdir.İordaniya, İraq, Türkiyə, Misir və Birləşmiş Ərəb Respublikalarının və digər ölkələrin fövqəladə səlahiyyətli səfirlərinin , tanınmış şair və yazıçılarının iştirakı ilə keçirilmiş tədbir Azərtacda, dövlət  televiziyalarında və qəzetlərində igeniş formada işıqlandırırdı.
QHT rəhbəri Aygün Zamanlı 20 - dən çox saylı qızları hazırlaşdığını şeirlərimi söylədilər və rəngarəng proqramlarla iştirak etmişdilər.Tədbirdə akademik Vasim Məmmədəliyev, yazıçı ictimai dövlət xadimi Yasif Nəsirli, şair tərcüməçi Siyavuş Məmmədzadə, şərqşünasalim, professor  İmamverdi müəllim  və digər dostlarımız iştirak etdilər və çıxış etdilər.
Şəkildə mənimlə yanaşı oturan Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Abdul Qadir Mənsur çıxış edərək də fəaliyyətimi yüksək qiymətləndirdi və Misir Azərbaycan dostluğunun təbliğində xidmətlərimə görə mənə Misir Prezidentinin təltif etdiyi Qızıl suya çəkilmiş qiymətli  medalyonu və Ramzesin  bambuk ağacı üzərindəki   şəkili, fəxri diplomu mənə təqdim etdi.
Respublika qəzetinin baş redaktoru işçiləri yığaraq demişdir; Hansınızın bu səviyyədə tədbiri olub.Hamınız gedin Raufun tədbirində iştirak edin .
İsmət Səfərov tədbirdən gələrək baş redaktora demişdir; Teymur müəllim, tədbir dövlət səviyyəsində çox gözəl keçdi.Misir səfiri iki saat yarım tədbirdə iştirak etdi və Rauf haqqında xoş sözlər dedi.
(İndiki tədbirlərdə deputatlar TV yə ə düşmək üçün birinci çıxış edib və icazə alaraq məclisi tərk edirlər). İşçilərdən sevinən də oldu, paxıllıq hissi də artmağa başladı.nəisə.
Axırda mənə söz verildi; 
Şeir söylədim;

Qədim Nil çayının sahillərində, 
Qahirədə insan cənnəti duyar.
Dahi şəxsiyyətlər yetirib diyar,
Yaşayır el oba daib bəxtiyar.

Dost olub Heydərlə Hüsnü Mübarək ,
Dinimiz sülh dini hamıya gərək 
Kimsə bir - birinə gəlməyə kələk, 
Görək bu dostluğu daim bəxtiyar .

Bir necə bənd şeir söylədim və çıxışım alqışlarla qarşılandı. Tədbirdən sonra şirniyyat süfrəsi ətrafında məclis davam etdirildi. Onu da qeyd edim ki, Misir Mədəniyyət Mərkəzində keçirilən tədbirləri Respublika qəzetində operativ şəkildə çap etdirirdim. Martın 19 da 65 yaşım tamam olacaq. Amma əzrailin yadına salmaq istəmirəm .Allahın verdiyi ömrü çalışmışam ki, şərəflə yaşayam. Kimsənin qəlbinə dəymərəm. Bacardığım köməkliyimi imkan daxilində edirəm.Allah dostlarımı qorusun.Allah xalqımızı xoşbəxt eləsin. Sülh olsun.Subayların toyunda iştirak edim, canımız sağ olsun. Novruz bayramınız və Ramazan ayınız mübarək olsun. Tutduğumuz orucumuz qəbul olunsun. Xəstələrə şəfa diləyirəm. Di salamat qalın dostlar.

Rauf  İlyasoğlu. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ