SON DƏQİQƏ

AD GÜNÜN

Tarix:23-03-2024, 01:17

AD GÜNÜN
Qələm dostum Rauf İlyasoğlunun 65 illik yubileyi şərəfinə 

İnsanlar dünyaya bir ömür gəlir,
Ay ustad ad günün mübarək olsun.
Ürəyi ağ gəlir ya kömür gəlir,
Ay ustad ad günün mübarək olsun.

Ürəyin bulaqdır sevgidən dolu,
Bəllidir sözündən sədaqət yolu.
Yaradan qorusun sağınan - solu,
Ay ustad ad günün mübarək olsun.

Hörmətin taysızdır gördüyüm qədər,
Olmasın könlündə nə qəm nə kədər.
Heç zaman istəyin getməsin hədər,
Ay ustad ad günün mübarək olsun.

Arzumdur sağlıqla səni yüz yaşa,
Bir gözəl insan tək, hər an düz yaşa.
Uğurlar yaşatsın üz bə üz yaşa,
Ay ustad ad günün mübarək olsun.

Raufsan, qoşmanın parlayan gözü,
Sönməsin canında məhəbbət közü.
Elmanam deyirəm yenə bu sözü,
Ay ustad ad günün mübarək olsun.

O.D.ELMAN

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ