Mənim vətənim Azərbaycandır.
Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm. Bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən vətənim laləli çöllərini, ağ örpəkli dağlarını, həmişə yaşıl meşələrini, ormanlarını, dərələrdən axan şəfaf, çoşqun çaylarını, şır-şır axan bulaqlarını, bitib-tükənməyən çöllərini sevirəm. Vətənim çılğın mavi gözlü Xəzəri, Ulu qöşqarı, ağbaşlı Kəpəzi, incə zümrüd Arazı, coşub-daşan Kürü, mirvari gözlü Göygölü, Maralgölü, Xoş bulağı ilə sevirəm. Qubanın alma bağları, Lənkaranın tropik nemətləri, Göyçayın nar bağlarını, Novxanının ağ şanısını sevirəm. Vətən müqəddəsdir ülvidir. Onun dağı, daşı, suyu, torpağı bizim üçün əzizdir, doğmadır. Vətən bizim yaşadığımız kənddən, rayondan, şəhərdən, qəsəbədən başlayır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Vətən...Bu kəlmə nə qədər də dərin və mənalıdı. Deyilişi şirin olduğu kimi də məzmunu yüksək və hikmətlidir. Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm. Bütün varlığımla bu diyara bağlıyam. Mənim vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Vətənim Azərbaycandır...Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Azərbaycan xalqının çox əsirlik tarixi var. Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min olan Azıx mağarası, Qobustan, Qəbələ tarixi abidələr, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərləri vardı. Azərbaycan Odlar diyarının gözəlliyi haqqında şairlər, yazıçılar əsərlərində, bəstəkarlar musiqi bəstələmişdir. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti “Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir. Bu bərəkətli, səxavətli torpaq mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların beşiyi olmuşdur: Nizami, Nəsimi, Füzuli, Nəsrəddin Tusi, Şah İsmayıl, Bakıxanov, Axundov, M.Ə.Sabir, Cavid, C.Cabbarlı, S.Vurğun kimi dahilər bəxş etmişdir. Doğma diyarın al-əlvan təbiəti S.Bəhlulzadə, T.Salahov, T.Nərmanbəyov və digər fırça ustalarının boyakarlıq lövhələrində öz əksini tapmışdır. Xalq musiqimiz, muğamlarımız Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, Niyazi musiqisi ilə canlanmışdır. Xan Şuşinski, R.Behbudov, M.Maqammayev sehrli, ecazkar səsi ilə ilhamlanmışdır.
Ana Vətənimiz Cavanşir, Babək, Həzi, Mehdi, Qafur kimi igidlər yurdudu. Azərbaycan neçə əsrlər, illər boyu digər ölkələr tərəfindən təcavüzə məruz qalmışdır. Buna baxmayaraq hər çətinliyə sinə gərmişdir. Mənfur düşmənilərimiz olan Ermənistan tərəfindən doğma vətənim Azərbaycanımın 20 faizi yağı düşmənin tapdağı altında idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əsgərlərinin gücü, qanı bahasına artıq torpaqlarımız işğaldan azaddır. Biz güclü, mərd, həmrəy, prezidentimiz cəna İlham Əliyevin ətrafinda sıx birləşərək qalibiyyəti əldə edən xalqıx!
Millətini, vətəninin sevən oğul və qızlarımız vətən yolunda qəhrəmanlıq zirvəsinə ucalıb: Polad, Cəbrayıl, İlqar, Mübariz, Fərid, Allahverdi, Gültəkin, Salatın, Tahir, Raqub, Əbdülməcid, Ömər, Əlizaman və digərləri vətən üçün canından, qanından keçdi. Qarabağ Azərbaycandır!
Vətən dəyişmir, qocalmır, satılmır. Bu müqəddəs məkan da keçmişimizlə gələcəyimiz qovuşur. O əbədi və əzəli qəlb odudur. Vətən təkcə yurd-yuva deyil. Vətən bizik, hamımızıq!
Azərbaycanın bütün bu problemlərin qarşısında yenə də dövlətimiz gələcəyi düşünür. Quruculuq işləri ilə, yenilikləri ilə Azərbaycan bütün dünyaya özünü tanıtdırır. Son illərdə əldə etdiyimiz nailiyyətlər buna sübutdur. Bütün dünya Azərbaycanı tanımaqdadır. Vətənim Azərbaycanda bu gün mötəbər yarışlar keçirilir. 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. 2015-ci ildə birinci Avropa oyunlarında həm ev sahibi, həm də oyunçu olaraq özünü göstərdi. Avropa oyunları üzrə Azərbaycan ikinci yerdə olmuşdur. 21 qızıl, 15 gümüş, 20 bürünc medal. Cəmi 56 medal. Bu Azərbaycan üçün böyük bir sevinc, uğur idi.
Bu gün qürurla deyə bilərik ki YUNESKO-nun mədəni irs siyahısına Azərbaycan muğamlarımız, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, kəlağayımız, Lahıc misgərlik sənəti, lavaşımız, kamançamız düşmüşdür.
Biz vətənimizlə qürur duyduğumuz kimi həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.
Ümummilli Liderimizin Heydər Əliyev həmişə deyirdi ki “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
Yeganə Telmanqızı
“XeberTıme.az”