SON DƏQİQƏ

ANAMA MƏKTUB

Tarix:5-05-2024, 03:05

Anama məktub. 
Mən bu hekayəni ana bətnində olan övladın dilindən yazıram. 
Biz valideynlərimizdən xahiş etməmişik ki bizi dünyaya gətirsinlər
                              
                                                Müəllif

Salam əziz anam mən sənin bətnində olan körpənəm. Sən elə zənn edirsən ki, mən sənin bətnində heçnəyi anlamıram. Səhvin var ana mən hər şeyi anlayır və görürəm. Ana sən hələ mənim cinsiyyətimin qız vəya oğlan olduğunu bilmirsən. Tezliklə öyrənəcək sən ana. Amma sənə bir söz deyim mən bir neçə gündür ki burda üzülürəm. Amma sən bunu hiss etmirsən çünki atamla aranda problemlərin var. Sən məni indidən unutmusan. Mən səndən incimirəm amma sənə bir niyə üzüldüyümü deyəcəm. Ana mən eşitdim ki, atam istəyir ki, oğlu olsun. Həmin oğul ona arxa dayaq olsun. Amma sən istəyirsən ki, qızın olsun. Onunla dərdini sərini bölüşəsən oda sənə dayaq olsun. Səninlə rəfiqə olsun həyatda. Hər gecə atam mənə oğul balam kişi balam deyəndə mən üzülürəm. Məni təkcə üzən atamın bu dedikləri sözlər deyil.Mənim gözəl anam mən bir neçə gündür ki sənin bətnindən dünyanı seyr edirəm. Dünyaya baxıb görürəm ki, insanlar bir-biriləri ilə necə davranırlar. Hər dəfə uşaqların öldüyünü, öldürüldüyünü və ya kimsəsizlər kimi atıldığını görürəm. Düzdür bunlar məni çox üzür. Amma ən çox üzən isə atamın məni sevməməsidir. Çünki sən hər dəfə məcburi məni atama sevdirirsən. Atam səni çox incidir. Amma sən bunlara mənə görə dözürsən. Mən terrorun, müharibənin olduğu bir dünyada yaşamaq istəmirəm. Mən müharibə olmayan insanların bir-birilərinə hörmət etdiyi, bir- birilərini sevdiyi və hər tərəfin yaşıl çəmənliklə bəzəndiyi, heyvanların öldürülmədiyi, uşaqların müharibə və terror qurbanı olmadığı onların bu dünyaya gəlib kimsəsizlər kimi atılmadığı bir dünyada yaşamaq istəyirəm. İstəyirəm ki, atam sənidə mənimdə daima sevsin. Mən sizin sonradan səhv kimi qəbul etdiyiniz, kaş səni dünyaya onu gətirməzdim dediyiniz övlad olmaq istəmirəm. Mənə gözəl sevgili dolu sonsuz bir ailə və müharibəsiz, terrorsuz, uşağların yaşıl çəmənlikdə heyvanlarla qaçıb oynadığı, onların atılmadığı bir dünyaya düzəldə bilməyəcəksənsə. Mən daima üzüləcəmsə o zaman ana səndən bir xahişim var. Məni bu dünyaya gətirmə ana.....


 
Əgər mənə baxmayacaqsansa məni kimsəsizlər kimi atacaqsansa məni bu dünyaya gətirmə Anacan. Mən səni çox istəyirəm. Bətnindəki övladın. 
Mənim bu hekayəni yazmaqda məqsədim odur ki  hər bir uşaq bu dünyada xoşbəxt olmağa layiqdir. Uşağı nə atmaq nə öldürmək nədə satmaq olmaz. Uşaq elə uşaqdır. Əgər bunları edəcəyiksə o zaman bu dünyaya övlad gətirməyək. 



         
Müəllif: Ənvər Məmmədov
Gənc aktyor
                                                                                    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ