SON DƏQİQƏ

Daha bir görüş- FOTO

Tarix:25-07-2024, 00:37

Ömrümüzü sevə-sevə fəda etdiyimiz, sevimli məsləkimiz olan jurnalistika sahəsində qürurla addımladıgımız uzun illər ərzində heç dəyişməyən bir tarix var: 22 iyul Milli Mətbuat günü. Artıq bu rəqəm 149-u haqladı. Gələn il yubiley yaşını qeyd edəcəyik. Amma hər il eyni coşqu, eyni həvəslə bu münasibətlə düzənlənən və dəvət aldığımız bütün tədbirlərə qatılmağa çalışırıq. Çoxdan görmədiyimiz həmkarlarımızla görüşür, fikir mübadilələri edirik. Bu ilki tədbirlər bolluğunda bir dəvət də Sumqayıtda yasayıb-yaradan gözəl yazarımız Almaz Yaşardan gəldi. Yeni ofislərində Aymediacompany.az saytının 3 yaşını və Milli Mətbuatın 149-cu ildönümünü qeyd edirdilər. Xoş auralı, gözəl dizaynlı, xudmani məkan saytın kollektivinin məhsuldar çalışması ücün çox əlverişli idi. İlk dəfə idi bu qədər insan toplaşmışdı bura. Aymediacompany. az saytının təsisçisi və rəhbəri, həmcinin eyni adlı MMC-nin direktoru Almaz Yaşar qonaqlara xoşgəldin deyərək salamladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi sükutla yad edildi. Dövlət himni səsləndi. Sonra tədbir iştirakçıların çıxışları və maraqlı musiqi nömrələri ilə davam etdi. XTQ mənsubu, "şahin gözlü" ləqəbi ilə tanınan şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, şəhid Ülvi Məhərrəmovun anası Xatirə Məhərrəmova oğlanlarının keçdikləri şərəfli döyüs yolundan danışdılar. 
Etikxeber.az saytının rəhbəri, Tərəqqi medallı jurnalist Kamil Həmzə oğlu, Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, hərbi marşlar müəllifi, yazıçı-jurnalist Minaxanım Əkrəmqızı, XeberTıme.az saytının rəhbəri Yeganə Telmanqızı,  "365 Gün" qəzetinin əməkdaşı Tahirə Həbliyeva, yazıçı-publisistlər Hafiz Ataxanlı, İsrail İbrahimoğlu, "Qarabağ" Əlil Döyüşçülər Futbol Federasiyasının prezidenti Rövşən Quliyev, Aymediacompani MMC-nin direktor müavini Rüstəm Rüstəmov və başqaları çıxış edərək Azərbaycan mətbuatının yaranmasından, Həsən bəy Zərdabinin maarifçilik fəaliyyətindən və “Əkinçi” ənənələrindən, ötən 149 ildə keçilən şərəfli və yaddaqalan yoldan, əldə edilən uğurlardan, həmçinin  problemlərdən danışdılar. Daha sonra
saytın kollektivinə yaradıcılıq ugurları, sayta uzunömürlü olmagı arzuladılar. İştirakçılara Fəxri Diplomlar və Təşəkkürnamələr verildi. Hamı çay süfrəsinə dəvət olundu, xatirə şəkilləri çəkildi.         
Sonda Almaz xanım Yaşar tədbirdə iştiraklarına görə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, media mənsublarına və digər şəxslərə minnətdarlığıni bildirdi.
 
Əntiqə Qonaq                                                
Əməkdar jurnalist 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ