SON DƏQİQƏ

BU DÜNYA

Tarix:11-09-2024, 00:50

BU DÜNYA
Hərdən insanlara güvənmək olmur.
Bu dünya əzəldən yalan dünyadır.
Hərdən insanlara sirr açmaq olmur 
Yaxşını yamana satan dünyadır.
Hərdən insanlara güvənmək olmur.
Pul görən lalında dili açılır.
Gözlərində məkr qəlbində ilan
Bağçasında gül yox, qanqal açılır.
Hərdən insanlara inanmaq olmur
Bu dünya əzəldən belə dünyadır.
Yalan ayağ tutub yeriyən zaman 
Onu ağuşuna alan dünyadır.
Qəm yemə, səbr etki vəfalı dostum.
Dünyanla dünyanı sevə biləsən.
Doğru insanları doğru zamanda
Ayıra biləsən seçə biləsən.
Yaxşını yaxşıtək,pisi yamantək 
Ayıra biləsən görə biləsən.
Hərdən insanlara güvənmək olmur.
 
İradə Əlili                                                                       
BDU müəllimə,Tarix elmləri üzrə Fəlsəfə Doktoru,
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ