Azərbaycancan xalqı zamanla hərb tariximizin səlnaməsinə yazılan qürur tariximizi yaşayıb. 2020-ci il 30 ilin həsrət ayrılığına son qoyan canından, qanından keçən şəhidlər, sağlamlığını torpaq yolunda itirən qazilər, müharibə iştirakçıları və xalq “Dəmir Yumruq” ətrafında birləşərək dədə-baba torpaqlarımızı azad etdilər. 2020-ci ilin 27 sentyabr -8 noyabr 44 günlük Vətən müharibəsinin keçdiyi şərəfli bir yol. Bütün Azərbaycan xalqı hər gün qalibiyyət xəbərlərini eşidərək qürurlandı, fəxrləndi. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi.
Yadımdadı 2020-ci il fərqli il oldu. Azərbaycan 5 fəsil yaşadı o ili. Havalar nə çox günəşli, nə yağışlı, nə də soyuq keçirdi...Sanki payız fəslidə hiss edirdi bir tərəfdə müharibə, bir tərəfdə qazanılan qalibyyət...
Prezident İlham Əliyevin müəllifi olduğu 27 Sentyabr Xalqımızın qürur mənbəyinə çevrilmiş gündür. Vətən müharibəsi dövründə möhtərəm prezidentimizin xalqa müraciətlərində yalnız qələbə xəbəri eşidir, işğaldan azad olunan ərazilərin adlarını böyük səbirsizliklə gözləyirdik. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən xalqımızın sevinci bitib-tükənmirdi, qürurlanıqdıq ki biz azərbaycanlıyıq. Lider-xalq birliyi Azərbaycanı yeni qələbələrə apardı. Qalibiyyətimizin əsas meyarı birliyimiz oldu.

Bir üzümüz gülürdüsə, biridə ağlayırdı...Torpaqlarımızın azad olunmasında minlərlə oğlumuzu şəhid verdik, on minlərlə oğlumuz sağlamlığını itirdi. Bəli güclü xalqın qəhrəman oğullarını böyüdən analar atalar “Vətən sağ olsun!” deyib övladlarını vətənə qurban verdilər.
Hərb taktikamız dünya hərb tarixində bir dönüş oldu. Azərbaycan Ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Azərbaycan Ordusunun taktikası dünya hərb tarixini dəyişdi. 44 gün ərzində Azərbaycan Ordusu yeni böyük bir tarix yazdı.
Bu gün Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı hörmətlə anırıq. Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!

Yeganə Telmanqızı
XeberTıme.az