Sosialdovlet.az xəbər verir ki, 06 noyabr 2024 - cü il tarıxdə Sumqayıt şəhərində "Poeziya evi" ndə "Sosial Dövlət Naminə" İçtimai Birliyin sədri hörmətli Faiq müəllimin təşəbbüsü ilə 8 noyabr "Zəfər Gününə" həsr olunmuş "Ağlama Şəhid Anası" adlı geniş tədbir keçirilmişdir. Tədbirə "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədr müavini olaraq məndə iştirak edirdim. Tədbirdə "Ağlama Şəhid Anası" kitabının müəllifi, Vətən müharibəsi şəhidi Elcan Rəhimlinin bacısı qızı, gənc şairə Zeynəp Səfərli, şəhid anaları, ataları, qazilərimiz, tanınmış yazarlar, şairlər və müəllimlər, məktəb şagirdləri iştirak edirdilər. Yığıncağı "Sosial Dövlət Naminə" İçtimai Birliyin sədri Faiq müəllim açaraq ilk növbədə qonaqları salamlayaraq, tədbirin məqsədin iştirakçılara elan etdi. Sonra məndə daxil olmaqla çıxışlara söz verildi. Çıxış edənlər tədbirin yüksək formada təşkil olunmasına və "Ağlama Şəhid Anası" kitabına göstəediyi maddi dəstəyə görə "Sosial Dövlət Naminə" İçtimai Birliyinin sədri Faiq müəllimə öz təşəkkürlərini bildirərək, gənc şairə "Ağlama Şəhid Anası" kitabının müəllifi Zeynəp Səfərlini təbrik edib ona yaradıcılıq fəaliyyətində uğurlar arzuladılar. Sonra sevimli Xaiq artistimiz Gülyaz xanımın sevimli tələbəsi Gülsanə Hüseynova şəhidlərimizə həsr olunmuş mahnısını oxuyaraq, tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı. Çıxış edən yoldaşlar "Sosial Dövlət Naminə" İçtimai Birliyin sədri hörmətli Faiq müəllimə tədbirin öz şəxsi vəsaiti hesabına keçirilməsi, regionlarda şəhid ailələri və qazilərimizlə görüşlər keçirməsi, onlara maddi, mənəvi dəstək olması, öz şəxsi imkanı hesabına şəhid ailələrinə və qazilərimizə maddi yardım göstərməsini qeyd edərək gələcək fəaliyyətində uğurlar arzuladılar. Tədbirin yekununda İctimai Birliyin sədrl Faiq müəllim tədbir iştirakçılarıda hədiyyələrlə təltif edildilər. Məndə bir daha "Sosial Dövlət Naminə" İçtimai Birliyinin sədri hörmətli Faiq müəllimə uzun ömür və can sağlığı arzu edirəm. Faiq müəllim başda olmaqla İçtimai Birliyimizin bütün kollektivinə gələcək fəaliyyətində, yeni-yeni uğurlar arzulayıram
Allah Şəhidlərimizin Məqamını Uca, Ruhunu Şad Eləsin. Amin!









Rauf İlyasoğlu:
“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədr müavini