Nədən yetim qalsın körpə doğulan
Səmada həsrətlə baxan buludlar,
Dolub boşalırdı, leysan yağırdı.
Məni öz kəndimə aparan yollar,
Bələdçim olubdur ensiz cığırlar.
Dağlardan dərəyə sellər axırdı,
Yarğan yaranmışdı dərin çalada.
Kəndimə yenə də yağış yağırdı,
Sular sevişirdi navalçalarda.
Quşlar üşüyürdü o sərt soyuqda,
Ağac budağında cəh- cəh vururdu.
Böcəklər gizlənir gizli oyuqda,
Qoca palıd sinə gərib dururdu.
Bir evdə xəbərsiz körpə doğulur,
Nə bilir, taleyi, qisməti nədir?
Bir körpə sel suda axıb boğulur,
Belə yaşamağın dəyəri nədir?
Birisi səhrada suya həsrətdir,
Deyir nə xoşbəxtdir suda boğulan,
Bu dünya elə bil bir əsarətdir,
Nədən yetim qalır körpə doğulan?
Rauf İlyasoğlu,
12 noyabr 2024