“XeberTıme.az” xəbər verir ki, 23.11.2024-cü il tarixdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin və Xarı Bülbül Ədəbi məclisinin birgə tədbir keçirildi. Tədbirdə şəhid ailələri, müharibə veteranları, media nümayəndələri, şairlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Muharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas açıq elan etdi və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla yad etdik. Sonra hamılıqla himn oxundu.Rada xanım Qarabağlı qız haqqında, şəhidlərimizin şücayətindən danışdı. Söz Xarı Bülbül Ədəbi Məclisinin Sədri Püstə Hüseynovaya verildi. Püstə xanım öz növbəmdə şəhid analarının dərdinə şərik olaraq onlara bol səbr dilədi və yazmış olduğu "Ağlama Ana" adlı şerini oxudu. Şairlər də vətənpərvər ruhda yazdıqları şeirləri oxudular və sözlərinə bəstələnmiş şəhid mahnıları, vətənpərvərlik marşları, mahnılar səsləndirildi. Tədbirin məqsədi şəhid analarına mənəvi dəstək olmaq idi. Şəhid analarına və bacısına söz verildi, onlarda öz ürək sözlərini göz yaşları ilə danışdılar. Tədbirdə şairlər şəhidlərin vətənin şərəfinə şerlər söylədilər. Hərbçilər və şəhid ailələrinin çıxışında şəhidlər arasındakı fərqin aradan qaldırılması və şəhidlərin unudulmaması üçün təbliğat aparıldı. Şəhidlərin tanıdılması və gəncliyə nümunə göstərilməsi hər kəsin çıxışında əksini tapdı.
Təqdimatda şəhidlərin adına ehsan verildi. Ehsan süfrəsinə dəstək olan şəhid İlkin Məmmədovun bacısı pedaqoq Nahidə xanıma öz təşəkkürümüzü bildiririk.
Sonda xatirə şəkilləri çəkildi.
XeberTıme.az