Doğma şəhərim 75 yaşın mübarək
SUMQAYIT dünyanın ən gözəl, sakit səliqəsi ilə göz oxşayan şəhəridir. Bu il 75 yaşını tamamlayırsan. Ən gənc, müsair, günü-gündən gözəlləşən şəhərdə uşaqlıq xarirələrim çoxdur. Bu şəhərdə böyüdüm, oxudum, çalışdım və yaşayıram, mən Sumqayıtın övladıyam. Nə qədər uşaqlıq xatirələrim var səndə. Uşaqlıq, analı illərimin xatirələri, baxça, məktəb, tələbəlik illərimin gözəl anları var qoynunda. Sevgisi qəlbimdə bitib tükənməyən doğma şəhərim gözəlliyi ilə göz oxşayan müasir, sakit, könüllərdə taxt quran gənc Sumqayıtım sən nəyinki respublikada dünyanın hər bir yerində bütün sahələrinlə öndəsən, istər idman sahəsində, istər təhsildə, istər elmdə, istər mədəniyyıtdə. Mədəniyyətdə töhfə verən neçə-neçə müğənnilər, xanəndələr, dünya şöhrətli ifaçılar, bəstəkarlar eləcədə yazarlar, şairlər, ziyalılar, cəmiyyətdə özlərini təsdiq edən nümunəvi insanlar bu şəhərdə böyüdü, tanındı.
Böyük idman arenalanda çempion olub, üç rəngli qürirverici bayrağımızı yüksəklərə qaldıraraq, himnimizi səsləndirən idmaçılarımız Azərbaycanı dünyada tanıtdı. Ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə təhsil alan şagirdlər ön sıralarda Azərbaycanın ən yüksək bal yığan abutüryentləridir.
Xəzərin qoynunda yerləşən hər sahəsində seçilən sevimli şəhərim günün nübarək!
Yeganə Telmanqızı
XeberTıme.az