Bu günlərdə Ağcəbədi rayonunun Muğam mərkəzində istedadlı şair Zamiq Vaqif oğlunun "Deyərsiz dünyaya sığmadı getdi" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.Rayon ictimaiyyətinin , şəhid analarının, qazilərimizin və digər qonaqların iştirakı ilə, Ağcəbədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun xeyir duası ilə və Qarabağ Regional Mədəniyyət Mərkəzinin dəstəyi keçirilmiş tədbirin istedadlı aparıçısı Türkanə Əliyeva qonaqları salamladı , dövlət himnimiz səsləndirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı Türkanə xanım şair Zamiq Vaqif oğlunun yaradıcılığı haqqında söhbət açdı və vurğuladı ki, Zamiq respublikada tanınmış şair Vaqif Kəhrizlinin ocağında dünyaya göz açmış və atasının yolunu uğurla davam etdirən şairi təbrik etdi. Kitabın ön söz müəllifi ADPU min Ağcəbədi filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov Zamiq Vaqif oğlunun geniş və çoxşaxəli yaradıcılığından söhbət açdı. Təqdim olunan kitabın redaktoru, "Həkəri" qəzetinin baş redaktoru, şair- publisist Rauf İlyasoğlu istedadlı şair Zamiq Vaqif oğlunun vətənpərvər mövzulu şeirlərini yüksək qiymətləndirdi və onu redaksiya heyətinin qərarına əsasən Fəxri Diplomla mükafatlandırdı. R.İlyasoölu vurğuladı ki, Zamiqin atası Vaqif Kəhrizlinin vaxtilə yazdığı "Ana dilim ölən deyil" şeirinı mahnı bəstələnmiş və bu gün də sevilə sevilə oxunur.
Onu da qeyd edək ki, Zamiq Vaqif oğlunun da ondan çox şeirlərinə həzin mahnılar bəstələnmişdir.
Gəncə şəhər Mədəniyyət evinin işçisi Aşıq Urfan Göyçəli "Ruhani" havası üstündə Zamiq Vaqif oğlunun "Azərbaycan" şeirini söylədi. Tədbirdə Kəhrizli kənd bələdiyyəsinin sədri Rais Məhərrəmov, şairin böyük qardaşı Vüqar Vaqifoğlu, "Hədəf 2024 Hazırlıq kursunun direktoru Zakir Qasımov, rayon icra hakimiyyətinin nümayəndəsi Eldəniz müəllim, şairin anası Sara xanım Əliyeva və şəhid anaları çıxış edərək Vaqif Kəhrizlininn yolunu uğurla davam etdirən Zamiq Vaqif oğluna cansağlığı və yeni- yeni yaradıcılıq uğurları arzuladılar. Orta məktəb şagirdlərindən Aybəniz Hacızadə, Jalə Hüseynova, Dəniz Rəhimli, Zəhra Məmmədova, , Şəbnəm Əliyeva, Zəhra Məmmədzadə, Emil Əhmədli və başqaları Zamiq Vaqif oğlunun şeirlərini əzbərdən söylədilər.
İstedadlı muğam ifaçısı Əhəd Təhməzov Zamiq Vaqif oğlunun atası məşhur şair Vaqif Kəhrizlininn" Ana dilim ölən deyil" adlı şeirini muğam üstə xüsusi zövqlə ifa etdi və üzünü şəhid analarına tutaraq " Ana" mahnısını kövrək notlarla oxudu və məclisdə xoş ovqat yaratdı.
Sonda Zamiq Vaqif oğlu xeyriyyə tədbirinin keçirilməsində köməkliyilə görə rayon icra hakimiyyətinin başçısına və tədbir iştirakçılarına təşəkkürünü bildirdi və alovlu çıxışı ilə hər kəsin qəlbinə sevgi dolu yol açdı .
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Rauf İLYASOGLU.