Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda yazıçı-publisist Pərvanə Mehmanqızının “Əslində...” adlanan şeir kitabının təqdimatı keçirildi.
Tədbirdə yazıçının yaradıcılığından, yazdığı poezya nümunələrindən söhbət açılıb. Sayca yeddinci kitabı olan “Əslində...” şeir toplusu lirika, yazıçının arzuları, insan psixologiyasından bəhs edir. Kitabın müəllifi gənc yazar Pərvanə Mehmanqızının sözlərinə görə kitabın hər səhifəsində ən önəmli, bizə qəhrəmanlıq tarixini yaşadan şəhidlərimizi qələmə alaraq onlardan bəhs edib.
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq yazıçı-publisist, qələm dostumuz Pərvanə Mehmanqızını ürəkdən təbrik edirik ona bol-bol yaradıcılıq uğurları, ən əsası can sağlığı və uzun ömür arzulayırıq.
Yeganə Telmanqızı
XeberTıme.az