SON DƏQİQƏ

Jurnalist tələbələrə ilk seminar keçirilib- FOTOLAR

Tarix:10-12-2024, 00:18

08.12.2024-ci il tarixində “XeberTıme.az” İnformasiya  Portalının redaktoru, bir sıra verlişlərin eksperti, peşəkar jurnalist Vüqar Şahinoğlu və  AJB-nin üzvü, “Qızıl qələm” media mükafatçısı,  “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı tərəfindən jurnalist  tələbələrə ilk seminar keçirilib.
Seminarda jurnalist peşəsinin sirrləri və bu peşəyə gələn uzun yoldan, lazım, vacıb olan şərtlərdən söhbət açıldı. Seminar iştirakçılarının sualları cavablandırldı. Tələbələr maraqlı və əhəmiyyətli seminarın yüksək səviyyədə təşkilindən məmnunluqların bildirdilər və öz təşəkkürlərini etdilər. Seminarda layihə rəhbəri, Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin sədri Miri Mirəliyev də iştirak edirdi. Layihənin əsas məqsədi istedadlı gənclərin önə çəkilməsi, onların istedadlarını daha da mükəməlləşdirib, peşəkar səviyyəyə yüksəltmək, eləcədə Azərbaycanda keçirilən yerli, beynəlxalq tədbirlərdə çıxış etməyini təmin etməkdir.                               
Sonunda xatirə fotosu çəkildi. 



 
Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ