“Suverenliyimizi təmin edənlər” (publisistik xronika) Bakı – 2024, “Gənclik” nəşriyyatı, 396 səh.
Kitabın annotasiyası.
“Məktəbli, şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” (publisistik xronika) antiterror şəhidlərinə həsr etdiyi kitabında vətən fədailəri haqqında materiallar toplanıb. Müəllif hər bir şəhidin ömür yolunu izləyib, qəhrəmanlıqla dolu döyüş yollarını sadə və səmimi bir üslubda yazıya gətirib. Zənnimizcə, bu kitab vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların doğmalarına ciddi bir təskinlik olacaq. Onu da qeyd etmək lazımdır ki, kitab ensiklopedik xarakter daşıdığına görə həmişə məlumat mənbəyi kimi istifadə olunacaq.
Biz tarixin çox nadir dönəmindən keçdik. Qarabağ işğaldan azad edildi. Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçün çox dəyərli mənbədir.
Oxucuların maraqla qarşılayacağına inanırıq”.
XeberTıme.az