Bu gün tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun 53 yaşı tamam olur.
Milyonlarla tamaşaçı və oxucu sevgisi qazanan “Qanun və İcra” proqramının aparıcısı, əsl qanun keşikçisi, hüquq müdafiəçisi Əkbər Yusifoğlu 01.01.1972-ci il tarixində anadan olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Əkbər Yusifoğlu Dünya TV-də canlı yayımlanan “Qanun və İcra” proqramının sevimli aparıçı, Azad Azərbaycan televiziyasında Zaur Baxşəliyevi təqdimatında yayımlanan “Bizimləsən” verlişinin vəkil ekspertidir.
“Qanun və İcra” verlişinin bütün ekspertləri və “XeberTıme.az” informasiya portalının yaradıcı kollektivi adından sizə möhkəm can sağlığı, ailənizə xoşbəxtlik, iş fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Bəli bu gün sizi milyonlarla tamaşaçı sevir, izləyir və hər zamanda sizə xalq sevgisini arzulayırıq. Əkbər müəllim ad gününüz mübarək! 90 -100 ilinizi vərəqlədikcə bizlərlə olasınız.
Həmişə üzündə təbəssüm. həyatınızdan sevinc sevgi, əksik olmasın. Hər zaman teleməkanlarından səsiniz gəlsin.
Özəl gününüz mübarək Əkbər Yusifoğlu!
Yeganə Telmanqızı
XeberTıme.az