20 Yanvar şəhidlərinə
Güllə yağırdı evlərdə, küçələrdə, bağçalarda,
Qan içində boyanmışdı xonçalar da, xalçalar da.
Yerdə qalıb çapalayan bədənsiz o qol, əl, qılça,
Saralmış o cəsədlər də qalaq- qalaq , parça - parça.
Göydən zülm ələnirdi, yerdən alov, od çıxırdı,
Şəhidlərin naləsindən şimşəklər də hey çaxırdı.
Paralandı qocalar da, cavanlar da şaqqa- şaqqa,
Törətdilər rus, erməni bir faciə, gör nə hoqqa.
Qərənfillər dilə gəlib fəryad edirdi o anlar,
Qarışmışdı yağan qara al qırmızı qara qanlar.
Qorxmaz igid şəhidlərim çəkmədi bir dəfə də ah,
Kimlər idi cinayəti törədənlər, aman Allah?
Vəhşiləşmiş rus ordusu susamışdı türk qanına,
Qarbaçovlar, Bakatinlər qıydı xalqımın canına .
Unutmayın o gecəni, şəhidləri görən şahid,
Xalqın qürur mənbəyidir, anılacaq hər bir şəhid.
Şəhidlərin yaşayacaq, qəlbimizdən solmayacaq,
Soyqırımı törədənlər heç cəzasız qalmayacaq.

Rauf İLYASOGLU,
"Könül duyğularım" kitabı
2012- ci il.
