SON DƏQİQƏ

Su pulu da artdı, el gözün aydın

Tarix:31-01-2021, 22:18

Hələ pensiya qalxmayıb.  Fevral ayının 1 dən Bakı ,Sumqayıt,   Xırdalan və Abşeron rayonları  üzrə suyun bir kub metrinin qiyməti 70 qəpik, rayonlar üzrə isə 60 qəpik təsdiqləndi. Tarif (;Qiymət); Şurası maşallah olsun Azər  SU ASC nin müraciətini canla başla təstiq edib. Yadıma bir vaxt  yazdıgım" Qonaq qonagından su pulu yığmaz" adlı  bir şeir düşdü , Bir bəndini yada salmaqla  oxucuları onsuzda əsəbləri tarıma çəkildiyi bir zamanda  yormaq istəmirəm.
İŞIQ, QAZ PULU DA  İLBƏİL ARTİR  
SU PULU DA ARTDI, EL GÖZÜN AYDIN.
SİNƏMƏ CƏKİLƏN,DAG,DÜYUN ARTIR,
HAVA DA PULLUDUR, EL, GÖZÜN AYDIN....
Allahdan məmurlarımıza insaf, xalqımıza isə can sağlığı arzulayıram.
Rauf İlyasoğlu
 
İşıq , qaz pulu da ilbəlir artır, 
Su pulu da artdı,el, gözün aydın.
Sinəmə çəkilən sağ düyün artır, 
Havada pulludur? El , gözün aydın.
 
Bir dəstə insan güc verib çomağa, 
Deyirlər ki, vətən, torpaq sənindir.
Pulun varsa, rahat öl, gir torpağa , 
Hava da, torpaq da, su da mənimdir? 
 
Qonaq, qonagından su pulu yığmaz, 
İşıq, ya  qaz,   hava, qu pulu yığmaz, 
Ölən insanlardan vergi yığılmaz, 
Günahkarın hökmün  Allah verəcək, 
Raufun da bəxti  bir vaxt güləcək .

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ