SON DƏQİQƏ

ƏZİZ ŞƏHİD ANASI DOĞUM GÜNÜN MÜBARƏK!

Tarix:11-04-2025, 10:24

Qəhrəman Analar Qəhrəman Oğullar böyüdür!
Həyatdakı ən gözəl, ən zəngin varlıqlardan biri də anadır. Qürur yaşadan oğullarımızdan biri Azərbaycan Silahlı Qüvvələrinin giziri kəşfiyyatçı-snayper şəhid Elmar Nəsibovun nur üzlü anası Sürəyya  xanımın doğum günüdür.                                                    
Xatırladaq ki, Sürəyya müəllimə uzun illər Sumqayıt şəhər 19 saylı tam orta məktəbdə müəllimə işləyib, minlərlə şagirdə təlim-tədris verməklə bərabər Vətənini, xalqını, torpağını sevdirməyi öyrədib. ən böyük şagirdi övladı qürur tariximizi yazan giziri kəşfiyyatçı-snayper Elmar Nəsibovdur. Sürəyya xanım hal-hazırda təqaüddədir.
Zamanın sınaqlarından keçərək başını dik tutan, hər birimizin hörmət və ehtiram etdiyi, özəl tanıdığım, gözəl qəlbə malik insan, anam qədər əziz olan, ailəmizin əzizi və sevimlisi Şəhid Anası Sürəyya Mehdiyeva yeni yaşınız mübarək! Sizə ən əsası cansağlığı, uzun ömür, gözəl günlər arzu edirəm. 
 
Ad gününüz mübarək əziz anamız!
 




Yeganə Telmanqızı                       
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ