Bu günə qədər 8 kitab - “Dünyamsan Azərbaycan ” (2018), “Hərdən uçmaq istəyirəm” (2018) adlı şeir kitablarının, “Ulu Naxçıvanım“ (2020) adlı nəsr kitabının, “Könüllərə yol gəzirəm” (2020) , “Möhtəşəm Zəfərin Nişanəsi” (2021), “Zəfəri nurlandıran Nurlan” (2023), “Ulu Öndərin işığında” (2023), “Suverenliyimizi təmin edənlər” adlə kitablarının və 277 publisistik məqalələrin müəllifiyəm. Müəllifi olduğum kitablardan yüzlərlə nüsxə dəyərli elm adamlarına,şagirdlərə, müəllimlərə, muzeylərə, kitabxanalara tərəfimdən hədiyyə olunmuşdur.Kitablarım və məqalələrim Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda yer almışdır. Bütün kitablarımın onlayn oxuma variantı kataloqda yerləşdirilmişdir.Şəhidlərimizə həsr etdiyim onlarla məqalələrim redaksiya heyətinin üzvü və ictimai müxbiri olduğum “Kredo” qəzetində dərc olunaraq Şəhidlərimizin ailəsinə çatdırılmışdır. Məqalələrim şəhid ailələrinə mənəvi dəstək olmuşdur.
Başda ailəm olmaqla bu işlərdə mənə mənəvi dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Gələcəkdə yeni nəşr olunacaq kitablarımın dövlətimizin dəstəyi ilə çap olunmasını arzu edirəm. İnşallah arzuma çataram.
SEVİNDİK NƏSİBOĞLU
11-ci sinif şagirdi, şair-publisist
AJB üzvü
15.04.2025