SON DƏQİQƏ

Allah səni saxlasın

Tarix:13-05-2025, 09:45

Bir Gəncə gözəlinə (ithaf) 
Gözüm dəyməz gözələ,
Allah səni saxlasın .
Gəl mənə bir göz elə!
Allah səni saxlasın .
Ağlımı al başımdan,
Olmaz o göz, qaşından,
Utanıram yaşımdan,
Allah səni saxlasın .
Susdurdun baxışınla,
Şimşək tək çaxışınla .
Məst etdin çıxışınla ,
Allah səni saxlasın.
Qorxmursan ki, göz dəyər, 
Bu qız özünü öyər,
Rauf sənə baş əyər,
Allah səni saxlasın .
Allah səni saxlasın.

Rauf İLYASOGLU.
11.05.2025.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ