SON DƏQİQƏ

Zərdabinin izi ilə

Tarix:22-07-2025, 00:59

(Mətbuat bayramına və “Əkinçi”nin 150 illiyinə həsr olunur)

Bir nur işıq yandı el sinəsində,
Qələm də danışdı xalqın dilində.
Sözün müjdəçisi oldu "Əkinçi",
Zərdabi yaratdı haqqın izində.
Hər sözə can verdi, qəlbə nur saçdı,
Zülmlər içində ümid bağladı,
Elmin işığına yolları açdı,
Xalqının qəlbində əbədi qaldı.
O, xalq üçün yanan bir çıraq idi,
Sözlə qaranlığa o düz yol açdı.
Qılınc tək iti söz bir oraq idi,
Günəş tək hər yana o, bir nur saçdı.
Əkinçi toxumu torpağa səpdi,
Birlik toxumunu hər yana əkdi.
Səssiz qalan ürəkləri oyatdı,
Xalqını elmlə, nurla yüksəltdi.
Bu gün də yaşayır ruhun, əzizim,
Mətbuat bayramı sənin izindin.
Zərdabi, min sağ ol sənə, ustadım,
Xalqımı oyandır, hər an isindir!

Rauf İlyasoğlu,
21.07.2025
15-44.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ