Rauf Ilyasoglu və RƏFAİL QURBANOĞLU
Deyişmə
Yoxdur
Rəfail Qurbanoğlu;
Atalar sözüdür ,saxla samanı ....,,
Saxladım samanı , zamanı yoxdur.
Yaxşıya yamanı , elə qatıblar ,
Adamın sabaha , gümanı yoxdur .
Rauf İLYASOGLU ;
Saxlama o quru ,köhnə samanı ,
Od düşüb alışar , zamanı yoxdur
Zəhəri, palmanı yağa qatıblar,
Belə adamların imanı yoxdur.
Rəfail Qurbanoğlu ;
Kimi oğru olub , kimi dəladuz ,
Sanki bu dünyada , qalmayıbdı düz,
Allahdan danışan ,olub allahsız ,
Üzündə həyanın , nişanı yoxdur .
Rauf İLYASOGLU ;
Oğrular çoxalıb , artıb dələduz ,
Qalmayıb çulluyan ,ya da palanduz ,
Özünü gəl gözlə , tutar o quduz ,
Çoxusu lüt gəzir , tumanı yoxdur .
Rəfail Qurbanoğlu;
Nədəndi insanlıq , düşüb dəyərdən ?
Qurtara bilmirik , fitnədən -şərdən ?
Niyə özümüzü saldıq nəzərdən ?
Dara düşənlərin, həyanı yoxdur.
Rauf İLYASOGLU;
Könüllər daş olub ,vicdanlar susur ,
Səbrin ipi qırıq , ümid də pusur ,
Düz danışan hər kəs ,dərdini qusur ,
Sözə baxan yoxdur ,sayanı yoxdur .
Rəfail Qurbanoğlu;
Haqq deyən o dillər, nədən lal oldu ,
Arzusu, istəyi bir xəyal oldu.
Nadan yekələnib ,böyük fil oldu ,
Onu ram eyləyib ,yıxanı yoxdur.
Rauf İLYASOGLU;
Səadət satılır ,pula ,var - dövlət .
Zalıma bəh - bəhlə , verirlər qiymət .
Qəlbi təmiz olan ən varlı zinət,
Əyriyə yol açıq , düzanı yoxdur .
Rəfail Qurbanoğlu;
Dünyadan baş açmaq, özü hünərdi,
Kimlər nə əkmişdi , kimlər nə dərdi,
Rəfail, çəkirəm ilahi dərdi ,
Loğmanlar dedilər , dərmanı yoxdur.
Rauf İLYASOGLU;
Dünyadan baş açmaq , özü hədərdi,
Rəbbim ,uzaq elə ,bizlərdən dərdi .
Axtarıb tapmısan ,Rauf tək mərdi ,
Onun da əlində ,fərmanı yoxdur .
20.06 2025.