SON DƏQİQƏ

Adımız...

Tarix:17-08-2025, 13:35

Bu gündən etibarən “XeberTıme.az” sayıtında yeni “Adımız...” adlı rubrika siz oxucuların ixtiyarında olacaq.  Rubrikanın əsas məqsədi adlarımızın mənasını öyrənmək və adlarımızın həyatımızda nə kimi mühüm rol oynamağından söhbət açılacaq.  Adımız taleyimizdir... Qədim türk dünyasında da dastan və rəvayətlərdən göründüyü kimi, ad seçimi  əhəmiyyətli hesab olunub.
Hz. Peyğəmbər Əfəndimiz (s.ə.v.) buyurub ki, övladlarınıza  gözəl adlar qoyun ki, onlar yaxşı insan kimi yad olunsunlar. İslamda qısa müddətdə yeni doğulan uşağa ad qoymaq anaların və ataların ən vacib vəzifəsi kimi göstərilir. 
Psixoloqlar qeyd edirlər ki, hər adın xüsusi səs vibrasiyası vardır. Bunu “adların melodiyası” da adlandırırlar. Hər bir ad müxtəlif dillərdə müxtəlif cür səslənir. Seçilən ad mütləq şəkildə yaşadığınız yerdə səlis və həzin səslənməlidir ki, bu, insan beyninə, o adı daşıyan şəxsə müsbət enerji ötürsün.
Təbii ki, xarakterimizi müəyyən edən təkcə adımız deyil. Sahib olduğumuz genlər qədər, böyüyərkən yaşadığımız təcrübələr, xüsusilə kiminlə vaxt keçirdiyimiz, həm işimizdə, həm də şəxsi həyatımızda necə məsuliyyət daşıdığımız əsas amillərdəndir. Həmçinin, adımızın oynadığı rolu unutmaq olmaz. Çünki ad doğumdan ömrümüzün sonuna kimi bizimlə qalır.
Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşaqların taleyinə necə təsir edəcəyini öyrənmək vacibdir.                            
Mütəxəssislər qeyd edirlər ki, insan istənilən zaman adını dəyişərsə, bu, onun taleyinə də təsir göstərə bilər. Seçim insanın öz əlindədir. Kim hansı adı seçərsə, o taleni də yaşayar.

Adınla böyüyəsən!


Yeganə Telmanqızı 
 XeberTıme.az
  


 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ