Adımız...ELVİN
Elvin adı Azərbaycan dilində geniş yayılan və çox sevilən kişi adlarından biridir. Bu ad mənası ilə azadlıq, səmimiyyət və doğmalıq hisslərini özündə ehtiva edir,
Elvin sözü “elə bağlı”, “xalqını sevən”, “doğma yurda sadiq”, “nəcib dost” mənalarını ifadə edir.
Bu ad sahibinə sosial və emosional bağlılıq hissi bəxş etdiyi düşünülür.
Elvin adı türk mənşəlidir və “el” (xalq, vətən, torpaq) sözündən yaranmışdır. Adın forması müasir olduğu üçün 20-ci əsrin sonlarından etibarən daha populyar hala gəlmişdir.
Elvin adını daşıyan şəxslər adətən bu xüsusiyyətlərə malik olurlar:
Mehriban və səmimi xarakter
Dürüst və insanlara qarşı qayğıkeş münasibət
Vətənpərvər və elinə bağlı şəxsiyyət
Liderlik qabiliyyəti və sosial aktivlik
Yeganə Telmanqızı
XeberTıme.az