SON DƏQİQƏ

Adımız...GÜNAY

Tarix:20-08-2025, 18:29

Adımız...GÜNAY 
Günay adı "gün" və "ay" sözlərinin birləşməsindən əmələ gələn, "gündüz işığında ay", "günəşli yer", “aydınlıq gecə” "ay işığı" "günəş və ayın bir arada olmasa" mənasını daşıyır. Ümumilikdə Günay adı işıq, aydınlıq və təbiətin gözəlliyini simfolizə edir.    
Müxtəlif mənaları ilə yanaşı, tam özünə inamı olanlar üçün ideal bir addır. Günay adı ümumi ad olmasa da, zaman-zaman eşitdiyimiz bir addır. Hər hansı digər ad kimi, onun bir çox unikal və maraqlı xüsusiyyətlərə malikdir. Günay adını daha əvvəl eşitməyən demək olar ki, yoxdur. Nadir hallarda istifadə olunsa da, hələ də çevrələrimizdə bu adla qarşılaşırıq. Günay adının xüsusiyyətləri:
Günay adlı insanlar işlərində uğur əldə etmək üçün çox çalışırlar. Onlar inadkar və qətiyyətlidirlər. Üstəlik, Günay adında yaradıcılıq və özünə inam çox nəzərə çarpır.                        

Azərbaycanda "Günay" adlı məşhur simalar arasında Günay Musayeva model və aktrisa, Günay Əfəndiyeva ictimai-siyasi xadim və diplomat, Günay Məmmədzadə isə şahmatçıdır.
 
Yeganə Telmanqızı                            

XeberTıme.az
 
 
 
 

 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ