SON DƏQİQƏ

Adımız...İLAHƏ

Tarix:25-08-2025, 23:27

Adımız...İLAHƏ
Qadın cinsində “Tanrı” mənasını verir. Hayatın davamı simvolu kimi qəbul edilir. Sevgi və gözəllik, və cazibadarlığı təmsil edirlər. Onlar romantika, etiras və arzu ilə əlaqələndirilir. Bəzi mədəniyyətlərdə ilahələr müharibələrdə, döyüşdə qələbələrlə əlaqələndirilir. Onlar cəsarət, qoruyucu simvolu kimi qəbul edilir.                                                         

Bəzi mənbələr İlahələr müdriklik və bilik, hikmətlə əlaqələndirir. Onlar elm, incəsənət və fəlsəfə himayədarı kimi qəbul edilir. Bəzi ilahələr təbiət qüvvələrinin yer, hava kimi qəbul edilir. Antik mifologiyalarda və bəzi dinlərdə qadın cinsində təsvir edilən ilahi varlıqdır. 
Etimologiyasına gəlincə, "ilahə" sözü, ərəb dilindəki "ilah" sözündən yaranıb. "İlah" sözü isə ərəb dilində "ibadət edilən hər kəs və ya hər hansı bir şey" deməkdir, 
Beləliklə, "ilahə" adı, qadın cinsində tanrı, tanrıça mənalarını ifadə edir və həmçinin, bəzi dinlərdə və mifologiyalarda qadın ilahi varlıqları təsvir etmək üçün istifadə olunur. 
İlahi gözəl; pərəstiş olunan gözəl.
 
Yeganə Telmanqızı                            
XeberTıme.az
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ