Hansı giləmeyvədir
Meşələrdə çox bitər,
Gözümüzdən tez itər,
Dadlı, həm ləzzətlidir ,
Bilirsiniz bəs nədir?
Qızaranda göz oxşar,
Bağlarda çox verər bar.
Qurd əl gəzdirməz ona,
Təmiz qalar hər bahar.
Dibində dincələrik,
Ovuclayıb yığarıq
Əlimizlə ehmalca
Budaqdan qopararıq .
Qurd yaxın gəlməz ona ,
Atam bazardan alar.
Mürəbbəsi dadlıdır,
Xəstə yesə sağalar.
Çərdəyin çıxardaraq,
Nənəm onu qurudar,
Xörəyə qatılanda ,
Ayrı ləzzəti olar.
Adın hələ deməzlər,
Yetişməyin gözlərlər
Hansı giləmeyvədir?
Çəyirdıyin yeməzlər
Ətirlidir, yoxlayın,
Deməyin ki, qoğaldır,
Yadınızda saxlayın,
Adın yazdım: zoğaldır!
Rauf İLYASOGLU.