Həyatı Əzizov Əziz Abduləziz oğlu 1868-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. Vətənpərvər, mərd, igid biri idi. Qardaşları: MəhəmmədƏziz, Mirəziz, bacıları: Rabiyyə və Zabikə kəndin ən köklü nəsilli-nəcabətli ailələrindən idi. Əziz kişinin ləqəbi "Kazak" olmuşdur.
Fəaliyyətləri:
İsmayıllıdan-Kürdəmirə qədər Müsüslü stansiyasının rəisi işləyib. Rayon və kənddə tanınan adam olmuşdur. Rayon üzrə oğurluqların qarşısını almış hər zaman dövlətinə sadiq bir məmur olmuşdur.
Qəhrəmanlığı:
1918-ci ilin mart ayının 31-də Əziz Əzizova xəbər gəlir ki, düşmən kəndə hücum edəcək. Kəndin əhalisini Cavanşir Qalası deyilən əraziyə təhlükəsiz yerə aparıb gizlədir və qəhrəmanımız tək döyüşür. Əziz kişinin boyu 2 metr idi, çox zəhimli bir adam idi. Düşmənlər ondan çəkinirdilər, düşmənlər kəndə hücum edir, kəndin bəylərini və bir neçə kənd camaatını əsir götürürlər. Əsirlərdən biri qaçaraq Əziz kişinin yanına gəlib deyir ki, kömək lazımdır. Cammatı öldürürlər, qəhrəmanımız deyir ki, mənimlə gələn varmı? Könüllü heç kim gəlmir... Əziz kişi atına minir və bir kişi deyir ki, Əziz getmə, səni öldürəcəklər, “orda mənim kəndimin cammatı düşmən əlindədi onları qutarmaq mənim borcumdur” və yoluna davam edir. Düşmən qüvvələrinin 1-ci postunu dəf edib kecir, 2-ci düşmən postundan atəş açırlar və atdan düşüb döyüşməyə başlayır. 30 düşməni öldürür gülləsi qurtarır, yeddisini isə silahının qundağıyla öldürür. Atına səslənir ki, minsin və düşmənləri kənddən uzaqlaşdırsın. Atına minir və az uzaqlaşdıqdan sonra arxasınca düşürlər, sonra da arxadan vururlar. Üç güllə yarası alır, amma dizini yerə qoymur. Atdan düşüb düşmənlərə: "Siz beləsiniz, xaincə arxadan vurursuz bizləri" deyib silahını yerə atır. 2 güllə yarası almasına rəğmən düşmənlərin qabağında dizini yerə qoymur. Atına söykənib mərd və düşmənin qarşısında dik qamətdə şəhid olur...
Əziz kişi şəhid olandan sonra həyat yoldaşı Mədinə xanım danışır ki, düşmənlər eşidiblər ki, türklər kəndə gəlir. Düşmənlərin yarısı qaçır, yarısı da kəndin əhalisini tapmayınca qaçmaq istəyir. Amma türklər hərbi komandayla gəlib, özləri, xanımları hamısının əllərində silah düşmənlə savaşmış, qəhrəman Əziz kişini şəhid edən qatil düşməni döyərək öldür Paşa yaralanır və yolda gedərkən şəhid olur. Azərbaycanın Şamaxı rayon yolunda dəfn olmuşdur. Türk qardaşlarımızın əziz xatirəsinə Ali Baş Komandanımız, prezidentimiz cənab İlham Əliyev abidə ucaltdırmışdır. İsmayıllı rayon Talistan kənd əhalisi şəhid Əzizov Əziz Abduləziz oğlunun qəhrəmanlığından danışır. Türk qardaşlarımızın kəndə gəlməsi sayəsində Mart Soyqırımından xilas olmuşlar. Şəhid Əziz kişinin 50 yaşı vardı. İsmayıllı rayonunda 1918-ci ildə İsmayıllı kəndlərini düşməndən qoruyan türk şəhid qardaşlarımızın "Şəhidlər Xiyabanı" vardır.
Nəvəsi:
Əziz Əzizov 2010-cı ildən Milli Qəhrəmanlarımız Mubariz Ibrahimov, Fərid Əhmədov qrupunun təsisiçisi, rəhbəri, “Almaniya Medina Dernegi”nin Azərbaycan üzrə şəhid ailələri qruplarının kordinatoru, 1918-ci il İsmayıllı rayon Talıstan kəndinin ilk Mart soyqırımı şəhidi Əziz babanın nəticəsi, Böyük Vətən müharibəsinin (1941-1945) Qurban Əzizovun nəvəsidir. Hal-hazırda könüllü gənc vətənpərvərdir. Xatırladaq ki, Əziz Əzizov daima şəhid ailələrinin tədbirlərinə eləsədə Qarabağ qazilərimizə könüllü xidmət edən fəal gəncdir.

Əziz Əzizov
Əziz Əzizovun nəvəsi