Qaytara bilərsənmi ata- ana borcunu
Unudulmaz şairimiz Əli Kərimin" Qaytar ana borcunu" şeirinə Rauf İlyasoglunun yazdığı nəzirə
Sağlığında dəyməyin qəlbinə siz onların ,
Ana müqəddəs varlıq, ata uca zirvədir.
Sən də bir vaxt çəkərsən çiynində o xurcunu,
Qaytara bilərsənmi ata - ana borcunu?
Var- dövlətin olsa da, sənin dəryalar qədər,
Ata- ana zəhmətin əsla ödəyə bilməz.
Elə et ki,keçməsin ömrün mənasız ,hədər ,
Qaytara bilərsənmi ata - ana borcunu?
Övlad ata - anaya qüssə qəm yaşatmasın, .
Elə etsin o gözlər heç zaman yaşatmasın.
Şeytan səni yolundan azdırıb asirmasin,
Qaytara bilərsənmi ata- ana borcunu ?
Qaytarmaq əsla olmaz ata - ana borcunu.
RAUF İLYASOGLU
ANA LAYLASI
Elə bil ki, tək qalmışam
Mən anasız, bir adada
Dostlar, deyin anatək pak
Varlıq varmı bu dünyada?!
Dünyasını dəyişəndə
Ana-ana deyənlərin
Dərd ömrünü atır oda!
Övlad üçün ən dəhşətli
Bir əzabdır ana dağı!
Övladlara kədər verər,
Anaların ayrılığı!
Sərkərdələr, dahilər də
Dağ üstünə dağ qoyan da
Qartal kimi göyə qalxıb
Göy üzündə uyuyan da,
Anaların laylasının
Atəşinə sığınıbdı.
Hərarətli dünyasının
Atəşiylə qızınıbdı.
Sanıbdır can dəyanəti
Dilinin xoş kəlməsini
Ürəyinə şərbət kimi
İçiribdir bal səsini.
Övlad kimi anaların
Borcundan yox çıxan, məncə!
Anasına görə oda
Yox özünü yaxan məncə!
Öz Sərəncam anam qəfil
Əzraillə döyüşəndə
Dünyasını dəyişəndə
İldırımtək başım üstə,
Çaxdı ana ayrılığı!
Varlığımı qızmar şişə
Taxdı ana ayrılığı!
Mənə baxdı yağı kimi,
Sinələrin dağı kimi
Ürəyimə ağı kimi
Axdı, ana ayrılığı!
Dayandım mən dərdlə qoşa,
Ömür yazım döndü qışa,
Sevincimi dərhal daşa,
Çaxdı ana ayrılığı!
Taqətimi kəsdi fələk,
Qan yelitək əsdi külək,
Ürəyimi məngənətək,
Sıxdı ana ayrılığı!
Andım şirin dillərini,
Öpdüm solğun güllərini
Vida çağı əllərimi
Sıxdı ana ayrılığı!
Köçən günün gecəsində
Onu gördüm mən yuxuda!
Od içində yanan ömrüm,
Sanki oldu şən, yuxuda!
Anam dedi: qanadlanıb
Əziz atan İlyasla, bil,
Gen səmada uçuram mən!
Gözlərindən yaş axıdan.
Səmanı da qucuram mən!
Biz səmada qərar tutub
Yurd salmışıq, bir bax, oğul!
Sanma heç də sən ananın.
Ayrılığın günah, oğul!
Rahat nəfəs alıb yaşa,
Qoy narahat olmayım mən!
Övladların, nəvələrin
Mən əvəzdən öp üzündən.
Elə et ki, süzülməsin
Həsrət yaşı qoy gözündən!
Dedim: ana, qardaşımı,
Əziz canım sirdaşımı.
Qarşıla, sil göz yaşımı,
Qucaqladım baş daşını.
Hamımızdan tez qovuşdu,
Nəm torpağa tez uyuşdu,
Səmalara nə tez uçdu,
Qəm-qüssədən tez sovuşdu.
Ruhu indi rahat oldu,
Qəlbi intizarla doldu,
Yaşıl budaq nə tez soldu?
Bu yol gedər-gəlməz yoldur.
Oyan, ana aç qolunu,
Namiq gəlib bağrına bas,
Gözləyirdin sən yolunu,
Saxlayırıq anasız, yas.
Ağdamında yaşasaydı,
Son qoyardı, göz yaşına
46 yaş nə yaşdır ki?
O, çatardı yüz yaşına.
Ana! Oğlun səninlədir,
Dinlə könül sözlərini,
Sən narahat olma daha,
Yığ yollardan gözlərini.
İlyas adın yaşadanın
Qeydinə qal, dərdinə yan,
Fikir etmə ayrılığa.
Ayrılıbdı bədəndən can.
Anam dedi:
Çətin olar bu qayıtma,
Yeməyini ye, soyutma!
Axı mənim əziz ruhum
İmkan verməz dərd çəkəsən!
Qoymaram ki, göz yaşınla
Ürəyində qəm əkəsən!
Ana, ana deyib, necə
Öz səsimə ayılanda,
Hiss etdim ki, gördüklərim
Bir gerçək yox, yuxu imiş.
Necə olub, köçən çağı
O, yuxuma gəlib girmiş!
Qəm oduna alışanda,
Səmalarda bunu bilmiş.
Yuxudakı sözlərini
Yada salıb az da olsa
Bir təsəlli tapa bildim!
Yaddaşıma həkk olunan.
Bu yuxunu tez söylədim
Ayılanda, doğmalara,
Dedim, Novruz! Anam mənə
Səmalardan əl eylədi.
Qucaqlayıb məni öpdü,
Dərddən yanan ürəyimə
Ürəyini qəm eylədi.
Anam dedi: qorxma, bala,
Mən uçuram səmalarda...
Səmada hey axtarıram,
Gecə-gündüz, mən canımı.
Rəbbim çəkib dərgahına,
Qəbul edib pak anamı…
Elə bil ki, ölmüş idim,
Mən dünyaya indi gəldim!
Ana! Mənim yuxumda da,
Öz dərdimi dərdin bildin.
Mən anamın həsrətin də,
Adı kimi pak tutacam!
Təkcə ana adın deyil,
Həsrətin də yaşadacam!
Həsrətini yara sanıb,
Həsrətimlə sağaldacam!
Nə qədər ki, Rauf sağdır
O müqəddəs varlığımı,
Əzizləyib hər ikisin,
Ata-ana ayrılığın.
Ürəyimdə yaşadacam!
Ürəyimdə yaşadacam!
Rauf İlyasoğlu
2005
Gecələr gəl yuxuma
Həsrətini çəkirəm sənin hər gecə- gündüz,
Tamarzıyam mən sənə ana heyranın olum.
Başımı dizin üstə qoyub xəyala dalım,
Gecələr gəl yuxuma ana qurbanın olum.
Bir nağıl söylə mənə, o cətin, agir gündən,
Korpə vaxtı anasız qaldığın acı ildən.
Sənsiz çox kövrəlirəm sızlayıram uşaqtək,
Gecələr gir yuxuma, ana qurbanın olum.
Altı ayın içində ata- ana itirmək,
O günləri qəlbimdən asandırmı ötürmək?
Rauf kədərin duymaq, bunu çətindir demək,
Gecələr gəl yuxuma, ana heyranın olum,
Gecələr gir yuxuma ana qurbanın olum.
Rauf İlyasoğlu
Qüssə yaşatma anana
Qədrimi bil hər zaman, qüssə yaşatma anana,
Səni öz canı bilib sevərək candan yanana.
Öyüdü ver o kəsə, sözlərini tez anlasın,
Bir kəlmə kifayətdir, deyib aqillər qanana.
Bizi heçdən yaradan Allahıma şükr edərəm,
Ar olsun şəkk eləyib məsləkini hey danana.
Ölçülməz sərvət ilə, daş qaş ilə əxlaqımız,
Demə insan, özünü elmdə varlı sanana.
Uymaram bər - bəzəkli hər gözəlin zahirinə,
Batini təmiz ola, qurbanam belə canana.
Meylini salma meyə, nəfsini saxla bəladan,
Təbiət bəxş eyləyib, cana dərman o reyhanə.
Rauf deməz sevmə yarı , sev gözəlin ən gözəlin,
Gözəllərdən də gözəl, sevərək yan öz anana.
Rauf İlyasoğlu
Nar
Nar cənnət meyvəsidir, çıraqtək işıq saçar,
Yer də,Ulduz,Günəş də dairəvi gül açar.
Nar səthinə fikir ver, dag, dərə də, düz də var,
Nar dənəsi- insanlar mehriban yaşayarlar.
Ölkələr bir- biriylə sərhədlə ayrılırlar,
Narda pərdələr sanki sərhəddi ayırırlar.
Dirilik dənəsi var, ehtiyyat ilə kəsin,
Narı bölüb yeyəndə, çalış yerə düşməsin.
Narın tacı Məsciddə minarəyə bənzəyir,
Allahın taxt - tacına o da belə baş əyir.
Narı qurd yeyən zaman tapa bilməzsən safın,
Şeytan girsə qəlbinə, eşit bu söz sərrafın.
Ruhdan düşən insanı şeytan tez məhf eyləyir,
Hikməti duyanlara Rauf ömür diləyir.
Rauf İlyasoğlu
Ucuz ölüm
Necə adiləşib insan ölümü,
Qardaş da qardaşın hayına gəlmir .
Virus nə sən ölə. mən ölə baxmır,
Harda yaxalasa, məhf edir, bilmir.
Molla qorxa - qorxa Quran oxuyur,
Ehsan qazanları dolub bosalmır ,
Dirilər ölüdən gör necə qorxur ,
Korononu kimsə nə başa salmır.
Aptekdə nə qədər dərman satılır,
Həkimlər xəstəyə bir çarə tapmır,
Kimlər bu dünyanı odlara atır,
Virusdan ölənin qəbri tapılmır.
Belə ucuz ölüm kimə gərəkdir?
Bill Qeytsin qurduğu bu bir kələkdir,
Bizə kömək olan huri mələkdir ,
Dünyanın axırı, bax, fəlakətdir.
Hanı nənələrin buruncək şalı?
O vaxtlar sətəlcəm olmurdu insan. .
Gəzsə də adamlar indi maskalı,
Faciə üz verər, Allahı dansan.
Haqsızlıq baş verən bir cəmiyyətdə,
Allahın qəzəbi, kini də artar,
Dünyanı tutmayın siz ikiəlli ,
Şərəfli ölümdən bizə də çatar.
Əlacımız qalıb uca Allaha,
Rəbbim kömək olsun əlacsızlara .
İnsan ömrü ucuz, xərci çox baha ,
Lənət bəşər nəslin azaldanlara ,
Dünyanı məhf edən o qansızlara .
Rauf İlyasoğlu,
16 dekabr 2020.
Bənzəyir
Qaş kamana,söz şəkərə, üz laləyə bənzəyir,
Diş mirvari tayıdır, dodaq bala bənzəyir.
İncl belli ,boyu bəstə , zülfü ətir qoxulu,
Sürmə qaşlı, ceyran gözlü, bir ahuya bənzəyir.
Ayrılığa dözən aşiq sevgisinə çatmasa,
Şam odunda pərvanətək vüsaləyə bənzəyir.
Can canana qovuşarsa , canım cana can deyər,
Hüsnu Günəş, elə bil ki, bir mələyə bənzəyir .
Gözəl gördüm,gözləri də, əməli də qüsursuz,
Gördüyüm qız gözəl içrə Gülnarəyə bənzəyir.
Rauf İlyasoğlu