SON DƏQİQƏ

Dostluq zirvəsi

Tarix:10-02-2021, 12:31

Dostluq zirvəsi  
Dostluq elə bir   uca zirvədir, 
Hər kəs o zirvədən boylana bilməz, 
Enişli, yoxsulu yollar keçəsən, 
Hər kəs sərt qayada  dayana  bilməz.
 
Kimsəyə bu dostluq gəlməsin asan,
Dost dərdini öz dərdinə qatasan, 
Dostluq zirvəsinə gərək çatasan,
Namərd dost dostuna nə  yana bilməz.
 
Dostlarla hər zaman qürur duyuram ,
Nurlu cohrənizdən sanki doyuram.
Düşmənlərin gözlərini oyaram, 
Dostu sayanları mən də sayıram.
 
Əsl dost çətin gündə bilinər,
Demə ki, dost,  var- dövlətlə bilinər? 
Vəfasız dost qəlbimizdən silinər ,
Hər dost dosta darda yanar, ya yanmaz,
Rauf dostu bir an belə unutmaz 
Rauf İlyasoğlu
Raufu axtarsa əgər dostları
 
Arzular insanın qəlbində doğar ,
Yatan millətimi oyadaq, Allah !
Arzular insanın dərdin də boğar,
Ağdamlı günlərə qayıdaq, Allah !
 
Məni öz elimə ruhum çağırır,
O doğma yurduma nəfəs alıram.
Dən düşmüş saçlarım vaxtsız ağarır,
Gənclik illərimi yada salıram.
 
Şərikəm xalqımın dərd azarına,
Ordum zəfər çalsın,dözüm, ay Allah!
Atamın uyuyan tək məzarına ,
Bir dəstə gül - çiçək düzüm, ay Allah !
 
Bahar nəğməsini duymaq istəsən,
Alsın gül ətrimi ətirli güldən.
Raufun axtarsa əgər dostları,
Onu xəbər alsın nəğməli dildən.

Rauf İlyasoğlu ,
2005 - ci il


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ