SON DƏQİQƏ

"Müasir Azərbaycan Elminə və İctimai Siyasətinə Anar Hüseynovun Töhfələri"

Tarix:3-10-2025, 13:50

Anar Hüseynov elmi və ictimai fəaliyyətini tarixi araşdırmalara, siyasi proseslərin təhlilinə və cəmiyyətin inkişaf istiqamətlərinə həsr edən ziyalı kimi tanınır. O, tarix elminə dərin marağı və analitik yanaşması ilə seçilir, tarixi faktların araşdırılmasında obyektiv mövqeyi ilə cəmiyyətə dəyərli töhfələr verir.Politoloq kimi Anar Hüseynov regional və qlobal proseslərin təhlilində, siyasi münasibətlərin mahiyyətinin izahında xüsusi mövqeyə sahibdir. Onun çıxışları, məqalələri və analitik araşdırmaları oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. “Bizim Lider” qəzetinin redaksiya heyətinin fəxri üzvü kimi Anar Hüseynov həm elmi, həm də publisistik fəaliyyəti ilə söz sahibi olan ziyalıdır. O, qəzet səhifələrində milli maraqların qorunması, gənc nəslin maarifləndirilməsi və ictimai rəyin düzgün istiqamətlənməsi üçün mühüm məqalələrlə çıxış edir.Onun fəaliyyəti milli tarixə və müasir siyasi proseslərə işıq salmaqla yanaşı, cəmiyyətin intellektual potensialının artırılmasına xidmət edir. Anar Hüseynov bu gün də bir ziyalı kimi Azərbaycan ictimai həyatında fəal iştirak edir və gənc araşdırmaçılar üçün nümunəvi sima hesab olunur.

Anar Hüseynov – tarixçi, araşdırmaçı, politoloq,
“Bizim Lider” qəzetinin redaksiya heyətinin fəxri üzvü

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ