SON DƏQİQƏ

Tanınmış fizioloq alimin 75 illik yubileyi qeyd edilib-FOTO

Tarix:20-10-2025, 22:57

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutununda tanınmış  fizioloq alim, biologiya elmləri doktoru Afıq Qaziyevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.  Tədbirdə İnstitutun rəhbərliyi və kollektivi alimi səmimi təbrik edərək, onun elmi fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan fiziologiya elminə verdiyi töhfələri xüsusi vurğulayıblar.  
Afıq Qaziyevin uzunillik zəhməti, tədqiqat sahəsindəki nailiyyətləri və elmi-pedaqoji fəaliyyəti haqqında geniş çıxışlar dinlənilib. Alimə uzun ömür, möhkəm can sağlığı və gələcək elmi fəaliyyətində yeni uğurlar arzulanıb.




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ