SON DƏQİQƏ

Zəfər Bayramım Mənim

Tarix:8-11-2025, 01:47

Zəfər Bayramım Mənim

Torpağım yad əllərdə,
Ağı dedi otuz il...
Bütün dünya bilirdi,
O yer özgənin deyil.
Mərd oğullar kükrədi,
Lərzəyə gəldi canım.
Nəhayət, əmr verdi
Alu Baş Komandanım.
Titrədi yer-göy o gün,
Hamı qalxdı ayağa.
Xalq necə dəstək oldu
Vətən adlı dayağa....
Alındı əsir yurdlar,
Qarabağ nəfəs aldı.
Qalib oğullarımız
Zəfər nəğməsi çaldı.
Ötdü qara buludlar,
Çıxdı düşmənin gözü.
Dillərdə şüar oldu
Baş Komabdanın sözü.
Sona,qürurla de ki,-
Sevinc bitirir dənim.
Düşmənə qəlb dağıdı
Zəfər bayramım mənim!

Sona Abbasəliqlzı 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ