SON DƏQİQƏ

XeberTıme.az saytının 5 yaşı tamam olur

Tarix:20-11-2025, 17:59

XeberTıme.az İnformasiya Portalının fəaliyyətə başlamasından 10 il ötür.
Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.
Bu illər ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 5 il ərzində oxuculara yanlış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq və tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən yüksək dəyərləndirildi.                                                

İlk xəbərimiz “Ağdamın işğaldan azad olunması” xəbəri oldu. 5 il ərzində haqq-savaşında torpaqlarımızın azadlığı  və suverenliyi uğrunda canından keçən şəhidlərimizi, qazilərimizi tanıtdıq. Mötəbər idman arenalarından idmançılarımızın qalibiyyət xəbərini, məktəblərdə keçirilin fənn olimpiadasının qalibləri, uğur qazanan şagirdləri tanıtdıq. Səhiyyə, mədəniyyət, təhsil, dünya xəbərlərini dərc edik, eləcədə müxtəlif verıişlərə informasiya dəstəyi verdik. Bu gün onun nəticəsidir ki, XeberTıme.az yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilirik.
XeberTıme.az saytı həm də gənc jurnalistlərə, ilk dəfə başlayanlar üçün bir məktəb olub: "Biz onların yazılarını redaktə edib sayıtımızda işıqlandırırıq, hər birinə doğru yolu göstəririk.”    

Qarşıdan gələn illərimizdə seçilərək daha da populyarlaşacayıq və müxbirlərimizin sayını artıracayıq.                                                    
Bir daha " XeberTıme.az" saytının kollektivini ürəkdən təbrik edir, bu kollektivin hər bir üzvünə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram. Xoş gününüz mübarək, əziz "XeberTıme.az "çılar. 5 yaşınız 50-100 olsun!"


 

Yeganə Telmanqızı 
XeberTıme.az  

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ