Bu gün Sumqayıt ədəbi cameəsinin ümimiyyətlə, Sumqayıtlıların sevimlisi, gözəl pedaqoq, xanım- xatun şairə, gözəl ana, səmimi insan, dəyərli dost Rəfiqə Şəmsin dünyaya aldanan günüdür. Rəfiqə xanım yaşından asılı olmayaraq insanlarla dost ola bilir, çünki onları içdən anlayır, sevincini sevinci,kədərini kədəri bilir.Onun yanında olanda adam yaşını unudur,tay- tuş olduğunu zənn edir.Çünki o,özü belə istəyir. Bir körpənin göz yaşlarına dözməyib zülüm- zülüm ağlayacaq qədər həlim ürəkli, eyni zamanda vətəninə, torpağına göz dikən düşməninə qarşı qaya parçası kimi sərt olmağı bacaran insandı.Rəfiqə xanımla saatlarla oturub ədəbiyyatdan,tarixdən,fəlsəfədən danışmaq olar. Bu fanini gözəl bilənlərdəndir.Ruhunu Allaha,könlünü onun yaratdıqlarına bəxş eləyən bu xanım insanlığın ta kəndisidir.Özünün dərya qədər ehtiyacı olsa belə sonuncu manatını ehtiyac üçün qapısına gələndən əsirgəməz. Onunla dəfələrlə yolçuluğumuz olub.Küçədə ona sarılıb gözləri yaşaranları,əlini öpmək istəyənləri, sevgiylə üzünə baxanları çox görmüşəm. O, böyük sevgini özü qazanıb.
Vətən, Millət,Dövlət anlayışı onun üçün ən yüksək mərtəbədə bərqərar olub. Şeirləri nağıl kimidi. Amma ona nağıl danışmaq istəyənlərin də nağılına çox bənd olmur. Necə deyərlər şeirində olduğu kimi poetik bir dillə: "Mənə nağıl danışma",- deyir.
Bu mübarək aldanışınız mübarək, Rəfiqə xanım. Təbrik edirik,sağlam can, uzun ömür, gözəl günlər diləyirik.
Hörmətlə: AYB Sumqayıt Bölməsi