SON DƏQİQƏ

Bir fotonun izi ilə...

Tarix:3-12-2025, 12:02

"Müstəqil Respublika" qəzetinin baş redaktoru, şair- jurnalist, rəhmətlik Gülxas Səmədlinin yubileyində qələm dostumuz  Əli Vahid Çaylı ilə birlikdə musiqi sədaları altında şeir söyləyərkən gözəl xanəndələrimiz Qəndab Quliyeva və İnci Şirvanlı təsirlənərək  göz yaşlarını saxlaya bilmədilər.
O illərdə söylədiyim şeirlərimdən iki bəndi yada salıram;

Ömür ötür , saç ağarır gün keçir,
Xoş arzular qəlbimizi yurd seçir,
El həsrətli ürəyimiz qəm içir,
Elim , obam Qarabağa yol sala,
Bayrağımız Kurs dağında ucala.
Füzulimiz  dərd əlindən alına,
Cəbrayılda nur ocağı qalana,
Qarabağda bir vağzalı çalına,
Elim- obam Qarabağa yol sala,
Bayrağımız Şuşamızda ucala.

İnci Şirvanlı da maşallah zil səsiylə məclisi necə gözəl feyziyab etdilər.Bu şəkil bəlkə də 14-15 il əvvəl çəkilibdir. Şəkilə baxarkən çox duyğulandım.
Dünyasını dəyişənlərə  rəhmət diləyirəm  və Əli Vahid Çaylıya , Rəşad Dağlıya , İnci Şirvanlıya və bütün dostlara , bu kövrək yazını oxuyanlara  cansağlığı arzulayıram. Vaxt, vədə tamam olanda hər birimiz ölümdən dadacağıq. Şərəfli ölümü qazanmaq isə hər kəsə nəsib olmur. Müvəqqəti ömrümüzü şərəflə yaşamağı hər kəsə arzulayıram .Hər kəsə mərhəmətli və dürüst  olmağı  arzulayıram.
İnsan nədir, yaşıl yarpaq,
Axır nədir, qara torpaq.

Rəbbimə şükürlər olsun ki, bu gün torpaqlarımız yağı taptağından azad olunub.
Ali baş komandanımız  başda olmaqla bizə qələbə sevincini qazandıran, qanları ilə tarix yazan şəhidlərimizə, qazilərimizə və döyüşən qalib ordumuza, bizə arxa olanlara  borcluyuq.
Allah xalqımızı və dövlətimizi qorusun.Dünyada sülh, əmin amanlıq olsun.
Ötən illərimizi, real tariximizi unutmayaq ki, unudulmayaq.

Rauf İLYASOGLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ