Yaxşı insanlar səs-küy salmadan yaxşılıq edənlərdir. Onlar ürəklərindəki mərhəməti nümayiş etdirmək üçün səbəb axtarmırlar bu, onların təbiətidir. Bir təbəssümlə gününü işıqlandırar, bir sözlə ümid verərlər.Yaxşı insanlar qarşılıq gözləməz. Bilirlər ki, edilən yaxşılıq gec-tez yolunu tapıb geri qayıdar. Onların vicdanı ən səssiz, amma ən güclü səsdir. Hər kəsin yorulduğu yerdə anlayış göstərər, hər kəsin tərk etdiyi anda yanında olarlar.
Dünya bəzən sərt görünə bilər, amma yaxşı insanlar var olduqca ümid də var. Onlar bu dünyanın gizli qəhrəmanlarıdır adları yazılmasa da, izləri ürəklərdə qalır.
07.01.2026
Gülşən BEHBUD
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, “Tərəqqi” medalı laureatı