SON DƏQİQƏ

Nələr gördüm

Tarix:7-02-2026, 00:35

Nələr gördüm
Tərcüməçi - şair dostumuz , mərhum Siyavuş Məmmədzadənin “Şuşada qar gördüm, qar gördüm” şeirinə nəzirə

Bakıda qar gördüm, qar gördüm,
Yanında bar gördüm, bar gördüm.
Ürəklər niyə buzlaşır?
Dünyanı dar gördüm, dar gördüm.

Bülbüllər salınıb qəfəsə,
Çox qalıblar nəfəs-nəfəsə.
Haqq səsi möhtacdır bir səsə,
Dünyanı tor gördüm, tor gördüm.

Görünməz dərdi cana salırlar,
Ölümü rəqəm-rəqəm sayırlar.
Allahın işinə qarışırlar,
Dünyanı zor gördüm, zor gördüm.

Şükürlər olsun ki, dözürəm,
Həyatdan demirəm: bezirəm.
Hələ ki azad, rahat gəzirəm,
Könlümə yanan yar gördüm, yar gördüm.

Yalanlar kürsüdə söz alır,
Həqiqət küncə sıxılıb qalır.
Zalımlar bizi bəlaya salır,
Dünyanı xor gördüm, xor gördüm.

Rauf İlyasoğlu
05.02.2025.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ