Bu gün dəyərli ziyalımız AJB və AYB üzvü, yazıçı -publisist, Elm və Təhsil Nazirliyinin elmi mətbuat orqanı olan "Peşə təhsili və insan kapitalı" jurnalının şöbə redaktoru Pərvanə Mehmanlının doğum günüdür. Əzizimiz Pərvanə xanım sizi özəl gününüz münasibətilə ürəkdən təbrik edirik. Ulu Yaradandandan sizə möhkəm can sağlığı, xoşbəxtlik, uzun ömür, yorulmaz iş fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Xatırladaq ki, yazıçı -publisist Pərvanə Mehmanlı səkkiz kitab müəllifidir yaxın günlərdə iki kitabı işıq üzü görəcək. Pərvanə xanım həm də teleməkanında yayımlanan bir sıra verlişlərin ekspertidir.
Təbriklərə qoşulur “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızı və bütün əməkdaşları, “Çıxış Yolu” sosial telelahiyyəsinin aparıcısı tanınmış telejurnalist Nuranə Gülər və Çıxış Yolu ailəsi.

Yeganə Telmanqızı
XeberTıme.az