SON DƏQİQƏ

S.Vurğun adına Mərkəzi kitabxanada anım günü keçirilib-FOTOLAR

Tarix:25-02-2026, 21:50

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada  Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar  “İnsanlıq tarixinin qanlı səhifəsi” adlı anım günü keçirilib. 
Tədbirdə Sumqayıt şəhər 5 və 26 nömrəli məktəbin müəllim və şagird kollektivi, kitabxananın əməkdaşları və oxucuları iştirak edib. Öncə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin aparıcısı Xəyalə Seyidnurova Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Tədbirdə Xocalı soyqırımını əks etdirən video çarx nümayiş etdirilib. Sumqayıt şəhər 26 nömrəli məktəbin şagirdlərinin ifasında Gülzar İbrahimovanın Xocalı faciəsinə həsr edilmiş “Evin kişisi” səhnələşdirilmiş hekayəsi, Təranə Muradın ”Ruhların harayı” adlı kompozisiyası təqdim edilib. Tədbirdə eləcə də beynəlxalq dərəcəli BMT layihələrini icra edən vəkilin yanında şəhid ailələri üzrə koordinator, könüllü gənc ictimai fəal, şəhid və veteran nəvəsi Əziz Əzizov cıxış edərək vurğulayıb ki, “gənclərimiz bu faciənin nəticələrini, Xocalının ağrılı tarixini bilməlidir. Bu həqiqətlərin gələcək nəsillərə düzgün şəkildə çatdırılması isə hər bir kəsin borcudur.”                                                                      Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Mayisə Həsənquliyeva faciəyə həsr edilmiş şeirini təqdim edib. “Xocalı faciəsi-unudulmayan tarix” adlı sərgidən S. Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı Sevda Məhəmmədova məlumat verib. Sumqayıt şəhər MKS-nin direktoru Təranə Hüsiyeva Xocalı faciəsinin bizim qan yaddaşımız olduğunu qeyd edərək, gələcək nəsillərin bu faciəni unutmamasının vacibliyindən söz açıb. Sonda  anım tədbirində faciə qurbanlarının əziz xatirəsinin daim yad ediləcəyi, unudulmayacağı vurğulanıb və xatirə şəkli cəkilib.
Sumqayıt MKS direktoru  Təranə xanıma, Natavan xanıma və kitabxananın kollektivinə görsətdiyiniz diqqətə dəyərə görə eləsədə müəllim və şagirdilərə  təşəkkür olunub.  



 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ