SON DƏQİQƏ

AzTU-da “Sözün xaqanı” romanı təqdim olundu-FOTOLAR

Tarix:15-03-2026, 22:09

Sözün xaqanı romanı Azərbaycan Texniki Universitetində görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə keçirilən ədəbi görüşdə təqdim olunub. Tədbir İlham Əliyevin Xaqani yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı sərəncamına uyğun təşkil edilib.Görüşdə romanın müəllifi Sona Abbasəliqızı İsmayılova əsərin yazılma prosesi, Xaqani Şirvaninin zəngin ədəbi irsi və əsərin tarixi-mədəni əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, roman böyük söz ustadının həyatını və yaşadığı dövrün ictimai-mədəni mühitini bədii şəkildə əks etdirir. Bildirilib ki, kitabın ön sözü filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılıb.
Tədbirin təşəbbüskarı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev olub. Görüşdə filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, araşdırmaçı-yazar Əli Vəliyev, yazıçı Samir Arifoğlu Abdullayev, şair Xəzər Bəy Hikmətoğlu, yazıçı Tarverdi Abbasov və şair Sevda Muradəliyeva çıxış edərək əsərin gənclərdə milli ədəbiyyata və tarixə marağın artmasına töhfə verdiyini vurğulayıblar.
Qeyd olunub ki, roman artıq universitet dərsliyinə daxil edilib və əsərdən bədii parça dərs vəsaitində yer alıb. Çıxışçılar Xaqani irsinin gənc nəslə tanıdılması baxımından bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Sonda müəllif kitablarını imzalayıb, iştirakçılarla xatirə şəkilləri çəkdirilib. Tədbir səmimi və ədəbi mühitdə başa çatıb. 




XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ