Güllər qədər zərif, incə, gözəl qızım Fatiməyə həsr edirəm.
Güllər təbiətin bizə bəxş etdiyi ən gözəl möcüzələrdən biridir. Əsrlərdir insanların duyğularını sözsüz şəkildə ifadə etməyə kömək edən bu zərif çiçəklər, eyni zamanda təbiətin harmoniyasını, gözəlliyini və incəliyini özündə cəmləyir. Güllər təkcə estetik baxımdan deyil, simvolik mənaları, rəng çalarları və istifadəsi ilə də dərin anlam daşıyır. Güllərin növləri və mənaları...Hər gülün müxtəlif xarakteri, ətri olduğu kimi özünəməxsus mənası var.
Qızılgül qadınların ən çox sevdiyi çiçəklərdən biridir Eşq, məhəbbət, razılıq almaq deməkdir.
Çobanyastığı çiçəyi qadınlar üçün əvəzolunmaz çiçəklərdir. İstər gözəlliyi, istərsə də faydaları ilə xanımların sevimlisi olan bu çiçəyin mənası məsumiyyət, təmiz bir qəlbin öz hislərini ifadə etməsidir.
Lalələr həyat, eşq və ölümsüzlüyün simvoludur. Həm görünüşünə, həm də mənasına görə xanımların sevimli güllərindəndir.
Süsən gülünü dostlara, tanışlara hədiyyə vermək lazımdır. Belə ki, bu güllər dostluq, etimad mənalarını verir.
Yaddaşçiçəyi, xrizantema kimi güllər sadiqlik rəmzidir.
Zanbaq çiçəyi təmiz sevgi, harmoniya, Orxideya çiçəyi isə gözəlliyin, zərafətin simvoludur. Əgər sevgilinizə orxideya almaq istəsəniz, mavi orxideya seçməyinizi məsləhətdi, çünki bu çiçək “eşqlərin ən böyüyü” mənasını ifadə edir.
Yasəmən ilk sevgi etirafı, Maqnoliya sayğı, sədaqət, Səhləb ailə səadəti Barışmaq, ötənləri geri qaytarmaq niyyəti ilə adətən akasiya, yasəmən, lavanda hədiyyə etmək olar.
Nərgiz güllərindən hədiyyə "Sənin yanında olmaq məni xoşbəxt edir" deməkdir.
Mimoza isə utancaqlıq və həssaslığa işarədir. Bəzən mimoza sizə qarşı olan gizli hisslərdən də danışa bilər.
Sirli sevgi haqqında bənövşə də xəbər verir.
Güllərin saylarına görə mənaları:
1 ədəd gül: Sizə özəl sevgi
2 ədəd gül: Qarşılıqlı sevgi
3 ədəd gül: “Səni sevirəm”
6 ədəd gül: “Sənin olmaq istəyirəm”
9 ədəd gül: Əbədi sevgi
11 ədəd gül: “Həyatımda ən çox sevdiyim insansan”
12 ədəd gül: Razılıq
13 ədəd gül: Gizli eşq
24 ədəd gül: “Hər dəqiqə ağlımdasan”
33 ədəd gül: Aşiqlik
36 ədəd gül: Romantika
44 ədəd gül: Heç dəyişməyəcəyinə söz vermək
50 ədəd gül: Qarşısı alınmaz sevgi
56 ədəd gül: Eşqim
66 ədəd gül: Uğurlu eşq
99 ədəd: Sonsuz sevgi
100 ədəd gül: Bir-biriləri üçün yaranmış iki insan
101 ədəd gül: Sadəcə sən
108 ədəd gül: “Mənimlə evlənərsən?”
111 ədəd gül: Sonsuz eşq
123 ədəd gül: Azad eşq
144 ədəd gül: “Səni gecə gündüz, daima sevəcəyəm”
365 ədəd gül: “Hər gün səni düşünürəm”
999 ədəd gül: Bitməyən sonsuz eşq
1001 ədəd gül: Vəfalı aşiq
Güllər tarix boyunca müxtəlif mədəniyyətlərdə fərqli mənalar daşıyıb. Məsələn, qədim yunanlarda qızılgül gözəllik ilahəsi Afroditin simvolu hesab olunurdu. Romalılarda isə qırmızı gül sevgi və ehtirasla eyniləşdirilirdi. Şərqdə isə gül daha çox paklıq, dürüstlük və ilahi sevgi ilə bağlanırdı.
Hər anımız sevinc, hər günümüz xoş xatirələrlə dolu olsun!

Yeganə Telmanqızı
XeberTıme.az