SON DƏQİQƏ

Baş tacımız şəhid anası – Doğum Gününüz Mübarək

Tarix:10-04-2026, 12:52

Həyatda ən gözəl, ən zəngin varlıqlardan biri Anadır.
Qürur mənbəyimiz olan igid oğullarımızdan – Azərbaycan Silahlı Qüvvələrinin giziri, kəşfiyyatçı-snayper, şəhidimiz Elmar Nəsibovun nur üzlü anası Sürəyya Mehdiyavanın doğum günüdür. 
Anam qədər əziz, ailəmizin sevimlisi, hər zaman hörmət və ehtiramla yad etdiyimiz şəhid anası Sürəyya xanım – sizin varlığınız bir məktəbdir, bir mərdlik, səbir və ucalıq nümunəsidir.
Sizin kimi anaların qarşısında baş əyirik. Siz Vətən üçün canından can verən bir igidin anasıdır. Allah sizə möhkəm can sağlığı versin, ürəyinizdəki o böyük Vətən sevgisi daim yaşasın. Sizin böyütdüyünüz o igid övladın adı tarixə qızıl hərflərlə yazıldı. Şəhidimizin ruhu şad olsun, məkanı cənnət olsun. 
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq bütün kollektivimiz adından, şəhid anaları, ataları, övladları adından sizi ürəkdən təbrik edirik. Sizə möhkəm can sağlığı, Ulu Yaradandan səbr arzulayırıq. Siz hər zaman başımızın tacısınız.                                                                             

Doğum gününüz mübarək, qəhrəman ana!


 
Yeganə Telmanqızı 
  XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ