Xəbər verdiyimiz kimi bir necə həftə öncə Xalq şairi Səməd Vurğunun (Vəkilov) 120 illiyi münasibəti ilə "Vurğun" şeir müsabiqəsinə start verilmişdir. Müsabiqədə ümumilikdə 18 yaşına çatmamış 12 nəfər iştirak etdi.
Aprelin 25-də Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxanada "Vurğun" şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
RTV - in baş redaktoru və təsisçisi Əli Həmzəyev tərəfindən müsabiqənin qalibi Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbin 11 b sinif şagirdi Rəşad Qasımzadə Fəxri Fərmanla təltif olundu. Eyni zamanda Rəşada dahi xalq şairi Səməd Vurğunun portreti hədiyyə olundu. Qeyd edək ki, Rəşad Qasımzadə bir neçə kitabın müəllifidir və hazırda həmin kitablar sosial satış platformalarında satışdadır.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq “Vurğun” şeir müsabiqəsinin qalibi Rəşad Qasımzadəni ürəkfən təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində bol-bol uğurlar arzulayırıq.
XeberTıme.az